Gəncə sakini ünvanlı sosial yardım ala bilməməsindən şikayətlənir[:]

tərəfindən Gozetci

Gəncə sakini Tanırquliyev Tanırqulu ünvanlı sosial yardım ala bilməməsindən şikayətlənir. Gözətçinin məlumatına görə o, ünvanlı sosial yardım almaq üçün VEMTAS sisteminə sənədlərini verib. Bir müddət sonra  Gəncə şəhər Nizami rayon Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları yaşadığı ünvana gələrək baxış keçiriblər.  T.Tanırqulu bildirir ki, evinə baxış keçirdikdən iki gün sonra ona sosial yardım almaq üçün imtina cavabı gəlib. Məsələ ilə bağlı quruma yenidən müraciət edən zaman ona bildiriblər ki, vətəndaş yaşadığı evin sahibi ilə kirayə müqaviləsi bağlamalıdır:

“Mən onlara bildirdim ki, bu evdə kirayə qalmıram. Ailəmə bu ünvanda müvəqqəti sığınacaq verilib. Sığınacaq kimi yaşanılan bir evdə ev sahibi ilə hansı kirayə müqaviləsindən söhbət gedə bilər ?”

Gəncə sakini bildirir ki, Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları onun sözlərinə məhəl qoymayıb. Tanırqulu Tanırquluyev  məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şikayət məktubu ünvanlanladığını lakin nazirlikdən ona heç bir cavab verilmədiyini  bildirir.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az