[:az]Xalq artisti Aygün Kazımovanın məhbus qardaşı Kazım Kazımadə cəza çəkdiyi 2 saylı Cəza-çəkmə Müəsisəsinin rəhbərliyindən şikayətlənir. Gözətçinin məlumatına görə 12 il müddətində azadlıqdan məhrum edilmiş K.Kazımzadənin şikayəti hazırda onkoloji xəstəlikdən əziyyət çəkməsi ilə bağlıdır:
“Bel-kürək nahiyəmdə yaranmış ağrılar səbəbi ilə 23/06/2018-ci ildə Müalicə Müəsisəsinə, aparılan müayinələrdən sonra MRT müayinəsinə göndərilmişəm.Müayinənin cavabı isə 3-cü dərəcəli bəd-xassəli xərçəng xəstəliyi olmuşdur”
K.Kazımzadə deyir ki, Azərbaycan Respublikasının qanunlarına (yəni 178.3-cü maddəyə)əsasən cəza-çəkmə müəsisəsinə daxil olduqdan sonra onkoloji xəstəliyə düçar olmuş məhkum,cəzanın bitməsinin vaxtından əvvəl azadlığa buraxılmalıdır. Bunun üçün isə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən komissiya keçirilməlidir:
“Mən də bu Komissiyalara təqdim edilmişəm. Şəxsən general -mayor Rəfail Mehdiyev tərəfindən iki dəfə Komissiyada iştirak etmişəm.Ancaq heç bir nəticə əldə etməmişəm. Yəni barəmdə aparılan buraxılış Komissiyası qüvvəsində qalmışdır. Səbəb isə belə olmuşdur, rəis müavini İftixar Qurbanov mənə: Hələ yeriyə bildiyimi deyib. HƏLƏ ÖLMÜRSƏN? ölənə yaxın səni buraxacağıq deyib”
2015 ci ildən 2 saylı Cəza-çəkmə Müəsisəsində cəzaçəkdiyini 2018-ci ildədək daxili rejim qaydalarını pozmadığını və haqqında heç bir tənbəh tədbiri görülmədiyini bildirən K.Kazımzadənin sözlərinə görə səhhəti gün-gündən ağırlaşır və ağzından hər gün qan gəlir. 7 il 10 aydır ki, məhkumluq cəzası çəkdiyini vurğulayan K.Kazımzadə şikayəti ilə bağlı prezident, ombudsman və bir sıra qurumlara yazılı müraciət edib.[:]