79
[:az]
Müsavat Partiyası sədrinin müavini Razim Əmiraslanlı polisə müqavimət ittihamı ilə 15 sutka həbs edilib. Bu barədə onun vəkili Nemət Kərimli bildirib. O xatırladıb ki, müxalifətçi noyabrın 11-də saxlanılaraq Binəqədi Rayon Məhkəməsinə aparılıb.
Hələlik R.Əmiraslanlı noyabrın 12-də Bakı meriyasının qarşısında keçirilən icazəsiz piket ərəfəsində həbs edilən yeganə müsavatçıdır.
Noyabrın 12-də saxlanılan Mustafa Hacıbəyli haqda məlumat yoxdur. O, evdən çıxarkən polis tərəfindən saxlanılıb.
Turan[:]