[:az]Müsavat Partiyasının sədr müavini polisə çağırılıb[:]

tərəfindən Gozetci

[:az]Müsavat Partiyasının yeni təyin edilmiş sədr müavini Azər İsmayıl dünən Sabirabad Rayon Polis Şöbəsinə çağırılıb.

Bu barədə Turan-a İsmayıl özü bildirib.

Müxalifətçinin sözlərinə görə, Cinayət Axtarış Bölməsinin rəisi qəbul edib, müxalifətin planlaşdırılan mitinqləri haqqında suallar verib.

“O, müxalifətin növbəti mitinqinin nə vaxt olacağını soruşdu, dedim ki, “mətbuatda xəbər tutarsınız”. Bundan sonra məni sərbəst buraxdılar”, deyə İsmayıl bildirib.

Sabirabad Rayon Polis Şöbəsindən şərh almaq mümkün olmayıb.

Müsavat Partiyası noyabrın 10-da mitinq keçirməyi planlaşdırırdı. Amma Bakı Şəhər İcra Hakimiyyəti partiyaya aksiyanı Lökbatan qəsəbəsində keçirməyi təklif edib.

Müsavat bu təklifi qəbuledilməz hesab edib və noyabrın 12-də toplaşmaq azadlığının pozulmasına etiraz əlaməti olaraq İcra Hakimiyyətinin binası qarşısında aksiya keçiriləcəyini elan edib

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az