[:az]Fuad Qəhrəmanlının apellyasiya şikayəti təmin edilməyib[:]

tərəfindən Gozetci

[:az]Bakı Apellyasiya Məhkəməsində AXCP fəalı Fuad Qəhrəmanlının apellyasiya şikayəti təmin edilməyib. İkinci instansiya məhkəməsi 30 günlük həbs qərarı qüvvədə saxlayıb.

Bu barədə noyabrın 7-də hakim Namiq Məmmədov qərar çıxardıb.

Qərardan əvvəl Fuad Qəhrəmanlı bildirib ki,Nəsimi rayon Məhkəməsində obyektiv araşdırma üçün saxlandığı yerdəki kamera görüntülərinə baxılmasını, telefonla danışıb-danışmadığını öyrənməkdən ötrü mobil operatora sorğu göndərilməsini istəyib. Amma hakim bu vəsatətləri təmin etməyib.

“Bütün bunlar ölkədəki siyasi repressiyaların göstəricisidir. Mənim və digər cəbhəçilərin həbsi repressiyaların tərkib hissəsidir. Bu, həm insanların mitinqdə iştirakının qarşısını almaq, həm də göz qorxutmaq məqsədi daşıyır. Amma yanılırlar. Bizləri həbs eləməklə artan narazılığın qarşısını almaq mümkün olmayacaq”, – Fuad Qəhrəmanlı belə deyib.

AXCP fəalı bu məsələ ilə əlaqədar Avropa Məhkəməsinə şikayət edəcəyini deyib.

Fuad Qəhrəmanlı oktyabrın 31-də saxlanıb və Nəsimi Rayon Məhkəməsinin qərarıyla ona 30 gün inzibati həbs cəzası kəsilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsiylə – küçədə telefonda danışarkən yüksək səslə söyüş söyməkdə, onu sakitləşdirməyə çalışan polis əməkdaşlarının tələbinə əhəmiyyət verməməkdə günahlandırılıb.

Milli Şura rəhbərliyi isə bəyan edib ki, onlar zorakılığın, iğtişaşların əleyihinədirlər, dinc şəkildə Konstitusiya ilə onlara verilən sərbəst toplaşmaq azadlığından istifadə etmək niyyətindədirlər.

Milli Şura oktyabrın 19-da Bakıda etiraz aksiyası keçirməyə cəhdlər göstərib. Polis Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmayan aksiyanın qarşısını alıb, onlarla şəxs saxlanıb.

Bakı şəhər Baş Polis İdarəsi həmin aksiyada 60 nəfərin saxlandığını, onlardan 18 nəfərinin işinin məhkəməyə göndərildiyini bildirib.

Amerikanın Səsi[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az