19 oktyabr aksiyasının qarşısını almaq üçün bölgələrdə fəallara təzyiqlər olunub

tərəfindən Gozetci

[:az]Milli Şuranın 19 oktyabrda keçirdiyi aksiyasının qarşısını almaq üçün bölgələrdə olan partiya üzvlərinə və ictimai fəallara təzyiqlər olunub.

Gözətçiyə daxil olan şikayətlərə əsasən müxtəlif bölgələrdə olan fəallar polis bölməsinə aparılaraq hədələniblər. Şikayətlər Ağdaş, Zərdab, Şəki, Hacıqabul, Şamaxı və digər bölgələrdəndir. Bildirilir ki, aksiyada iştirak edilməməsi üçün fəallar mülki geyimli polislər tərəfindən bir gün əvvəldən polis bölməsinə aparılaraq saxlanılıblar.

Ağdaş rayonundan daxil olan şikayətə əsasən AXCP fəalı Rəhimov Məzahir, Xəlilov Elşən, Əliyev Araz, Ədilov Qədir, Əhmədov Vüsal, Məmmədov Tacəddin, Abdullayev Elçin və Müsavat üzvü İsayev Mehrac aksiyadan bir gün əvvəl Ağdaş RPŞ-də saxlanılaraq  19 oktyabrda sərbəst buraxılıb. Aksiyada  iştirak edən Ağdaş rayonu AXCP şöbəsinin sədri  Abdurrəhimov Qorxmaz, partiya üzvləri Əhmədov Sərvan və Qafarov Zakir isə 20 oktyabr tarixində  Ağdaş RPŞ-nə çağılaraq fiziki zorakılığa məruz qaldıqlarını bildiriblər.

Hacıqabuldan daxil olan şikayətdə isə Milli şuranın təşkil etdiyi aksiyada iştirak etmələrinə mane olmaq üçün Hacıqabul rayonunda olan AXCP fəalları və partiya mənsubiyyəti olmayan bir çox fəallar polis şöbəsinə aparılıb.  Belə ki, AXCP partiyasının Hacıqabul  rayon təşkilatının sədri Heydərov Kamal və ali məclis üzvü Əliyev Natiq rayon polis şöbəsinə aparılaraq 200 manat məbləğində cərimələniblər. Partiyanın digər fəallarından Şirəliyev İdrak və Həsənov Əlizamin 10 sutka həbs olunublar. AXCP üzvləri Dadaşov Rəşad, Quluzadə Səxavət, Cəfərov Elxan, Məmmədov Miramil, Ağayev Əlifağa, Cəfərov Nofəl, Axundov Hüseyin və partiya mənsubiyyəti olmayan fəal vətəndaşlar Hacıyev Rafiq, Xocəliyev Fəxrəddin, Məhərrəmov Fizulu və Dəmirli Yalçın, Məmmədov Balanur, Babayev Qənimət, İmanov Məzahir və Emin, Ramin, Nofəl adlı şəxslər də 18 oktyabr tarixdə axşam saatlarında polis şöbəsinə aparıb və bir gün sonra sərbəst buraxılıblar.

Şəkidən daxil olan şikayətlərə əsasən AXCP Şəki təşkilatının sədri Mübariz Abdulkərimov, AXCP ali məclisinin üzvü Ali Abdullayev və partiya fəalı Hüseyn Həsənov 18 oktyabr gecə saatlarından saxlanılıblar. 19 oktyabr saat 12:00 radələrində Mübariz Abdulkərimov sərbəst buraxılsa da digər iki şəxs barədə məlumat almaq mümkün olmayıb.

Müsavat partiyasının Şəki təşkilatının sədri Bakıxan Qəribli isə Bakıya gedərkən saxlanılıb və polis bölməsinə aparılıb. Bundan başqa oktyabr ayının 17-dən  100-dən çox müxalifət nümayəndələri və sosial şəbəkələrdə mitinq çağırışları edən fəallar Şəki polisinə çağrılaraq mitinqə qatılacaqları təqdirdə həbs olunacaqları ilə hədələniblər.

Zərdab rayonundan daxil olan şikayətdə isə bildirilir ki,  AXCP partiyasının Zərdab rayon şöbəsinin sədri Yaşar İsgəndərli  və Müsavat partiyasının Zərdab rayon şöbəsinin sədri Ceyhun Məmmədli və İbrahim Zülfiyevə zəng edilərək polis bölməsinə dəvət ediliblər. Lakin fəallar polis bölməsinə getməkdən imtina ediblər.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az