[:az]Fuad Əhmədli xəstəxanaya yerləşdirilib[:]

tərəfindən Gozetci

[:az]Atası: “Oğlum ağciyər və böyrək ağrılarından əziyyət çəkir”

4 il azadlıqdan məhrum edilən AXCP fəalı Fuad Əhmədli Penitensiar Xidmətin xəstəxanasına köçürülüb.

Məlumatı Meydan TV-yə məhbusun atası Zəfər Əhmədli verib.

Zəfər Əhmədli oktyabrın 4-də oğlu ilə görüşüb.

Atası Meydan TV-yə oğlunun ağciyərindən və böyrəyindən əziyyət çəkdiyini deyib:

“Oğlum həbsdən əvvəl əməliyyat olunub, bu xəstəliklə qapalı yerdə qala bilməz, Ali Məhkəmədə proses zamanı 1 ay Kürdəxanıda qaldı, ordan qayıdandan sonra vəziyyəti pisləşmişdi, nəfəs ala bilmirdi. İkinci problem böyrək ağrılarıdır. Görüş zamanı rəisə dedim ki, heç olmasa müayinədən keçirsinlər, vəziyyəti yaxşı deyil. Oktyabrın 5-də həbsxanadan zəng etdilər ki, artıq xəstəxanaya aparıblar”.

Zəfər Əhmədli Fuad Əhmədlinin cəza müddətinin bitməsinə 10 ay qaldığını söyləyib.

Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, Fuad Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.

Bildirilib ki, onun mənzilində axtarış zamanı din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb. Fuad Əhmədli Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilib. O, 4 il azadlıqdan məhrum olunub.

F. Əhmədli ittihamları qəbul etmir və saxta adlandırır.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az