[:az]Polad Aslanovun həbs müddəti uzadılıb[:]

tərəfindən Gozetci

[:az]Oktyabrın 5-də Səbail Rayon Məhkəməsində xeberman.com saytın redaktoru Polad Aslanovun həbs müddətinin uzadılması ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətin (DTX) müraciətinə baxılıb. Məhkəmənin qapalı keçirildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna redaktorun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.

Onun vurğulamasına görə, məhkəmə müraciəti təmin edərək, həbs müddətini daha 4 ay uzadıb. P.Aslanov bu il iyunun 12-də saxlanıb, 14-də isə Sәbail Rayon Mәhkәmәsinin qərarıyla barəsində ilkin istintaq dövrü üçün 4 aylıq hәbs qәtimkan tәdbiri seçilib.O, cinayət məcəlləsinin (CM) 274-cü maddәsi ilә (dövlәtә xәyanәt) ittiham olunur. Bu ittihamda 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

DTX-nın yaydığı rəsmi açıqlamada iddia olunub ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə, qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.
Onun ittihamı qəbul etmədiyi söylənir.

Polad Aslanov 2018-ci il aprelin 19-da – 29 yaşında hərbi xidmətə aparılmışdı.

O zaman ailəsi bildirirdi ki, o səhhətindəki problemlərlə əlaqədar bundan əvvəl hərbi xidmətə aparılmayıb, ona “sülh şəraitində hərbi xidmətə yararsız” olması barədə hərbi bilet verilib. Həyat yoldaşı iddia edirdi ki, onu peşə fəaliyyətinə görə, cəzalandırmaqdan ötrü bu addımı atıblar:

“Yoxsa ürəyində damar tıxanmasından, təzyiqdən əziyyət çəkən adamı qəfildən komissarlığa çağırıb, Naxçıvana göndərməyə nə ad vermək olar?”

Amma həmin vaxt ailəsinin bu açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı.

Polad Aslanov birillik hərbi xidmətini bu ilin aprelində başa vurub, iki ay sonra həbs edilib.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az