[:az]“Amerikanın səsi” radiosunun əməkdaşı polis təzyiqi ilə üzləşib[:]

tərəfindən Gozetci

[:az]

Mənbə: Turan İA

Jurnalist çəkiliş apararkən saxlanıb

Bakıda sentyabrın 23-də səhər saat 10:20-də polis “Amerikanın səsi” radiosunun müxbiri Tapdıq Quliyevi (Fərhadoğlu) saxlayıb. Saxlanma prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İdarəsinin qarşısında “Gəncə işi” üzrə mühakimə olunanların valideyninin etiraz aksiyası zamanı baş verib.

Məlumatı “Turan” İnformasiya Agentliyi yayıb.

Məlumata görə, bir neçə polis zabiti jurnalistə qarşı güc tətbiq edib, onun əlindən kamerasını və mikrofonunu alıb. Onu DİN Nəqliyyatda Polis İdarəsinə aparıblar və orada telefonunu alıblar.

“T.Quliyevə qarşı zorakılığı onun jurnalist həmkarları görüblər və bu barədə DİN mətbuat xidmətinə və jurnalistlərin hüquqlarına əməl olunmasının təmin edilməsinə yönəlmiş Bakı polisinin Monitorinq qrupuna məlumat veriblər.

Polisdə T.Quliyevə həmkarlarına və vəkilə zəng etməsinə imkan verilməyib. Onu idarədə yarım saat saxlayıblar, “bir daha belə şeylər etməməyi” tövsiyə ediblər. DİN mətbuat xidməti və şəhər polisinin Monitorinq qrupu baş verənləri şərh etməyib”, məlumatda deyilir.

 [:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az