[:az]Bəzi rayonlarda pambıq sahələri susuz qalıb[:]

tərəfindən Gozetci

[:az]Saatlı rayonunun Əliabad kəndinin sakini Yusif Ağayevin sözlərinə görə, həm Əliabad, həm də qonşu Məmmədabad kəndlərində istər içməli, istərsə də suvarma suyu qəhətə çəkilib:

“Nəinki əkinə verməyə, hətta əl-üz yumağa da su tapmaq olmur. Həyətlərimizdə ağaclar yanır. Arxlarda su olmadığından quyular da quruyub, “kaçalka”lar su çıxara bilmir. Məcbur olub içmək, məişətdə istifadə etmək üçün suyu maşınla gətirdib, çənlərimizə boşaltdırırıq. Hər həftə bir maşın suya görə, 10 manat ödəyirik.”

​Y. Ağayevin deməsinə görə, bu iki kənddə yaşayan əhali bu il daha çox pambıq əkib. Onun vurğulamasına görə, düşünüblər ki, bəlkə su əldə edə bilələr:

“Amma pambıq da üz ağartmadı. Susuzluqdan kolları quruyub, gülü erkən tökülüb. İmkanı olanlar nasoslarla şor kollektorlardan, qobulardan çirkli su çəkib sahələrinə axıdırlar. Camaat bilmir nə yolla əkinlərini xilas etsin. Axı bunun arxasında xərc, əziyyət və qışın dolanışığı dayanır…”

İmişli rayonunda kəndində su üstündə baş yarıldığı deyilir.

İmişli rayonunun Məhəmmədli kəndində yaşayan Sarvan Ataşovun qeyd etməsinə görə, kəndlərini su ilə təmin edən Rəsullu arxında suyun səviyyəsi o qədər aşağı düşüb ki, oradan onlara su çıxmır:

“Səviyyəni qaldırmaq üçün kanalın qabağını içərisi torpaq dolu kisələrlə tuturlar. Onda da aşağı başda olanlar narazı qlır. Ötən gecə, iki nəfər elə buna görə bel davasına çıxıb, başı yarılan olub. Belə davam etsə, camaat bir-birini qıracaq. Həyətlərdə çoxillik ağaclar quruyub. İndən belə su gəlsə də, onları geri qaytarmaq mümkün olmayacaq.”

Hələlik, şikayətlərə sözü gedən rayonların rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az