[:az]AXCP üzvü Fuad Əhmədlinin səhhətində problemlər var[:]

tərəfindən Gozetci

[:az]Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) həbsdə olan fəalı Fuad Əhmədli-nin səhhətində problemlər olduğu bildirilir.

Bu barədə AzadlıqRadiosuna Fuad Əhmədlinin atası Zəfər Əhmədli danışıb.

O vurğulayıb ki, dünən, avqustun 17-də Fuad Əhmədlinin həbsinin 3 ili tamam olub.

“Fuad Əhmədli cəzasının çox hissəsini çəkdiyi üçün, qanunvericiliyə əsasən, onun buraxılması barədə müdafiə tərəfi vəsatət qaldırsa da, bu vəsatət yerinə yetirlmədi. Bu ona qarşı hakimiyyətin xüsusi münasibətinin göstəricisi idi”,atası qeyd edib.

Z.Əhmədli deyib ki, oğlunun ağ ciyərlərində problemlər var:

“ Qapalı məkanda olnda xəstəlik özünü daha aydın göstərir. Bu yaxınlarda apelyasiya məhkəməsində də bu problem qaldırldı, amma hakim buna diqqət yetirmədi və mərkəzi müalicə müəssisəsinə göndrəmədilər”

Z.Əhmədlinin bu açıqlamasına, hələlik, Penitensiar Xidmət və başqa uygun rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Yerli hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı siyahılarında Fuad Əhmədlinin də adı yer alır. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az