[:az]Azad Həsənovdan xəbər var[:]

tərəfindən Gozetci

[:az]Həbsdə olan Müsavat Partiyasının üzvü Azad Həsənovun vəziyyətinin normal olduğu bildirilir.

Bu barədə Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli məlumat verib. O əlavə edib ki, avqustun 1-də təcridxanada Azad Həsənova vəkil Nemət Kərimli baş çəkib.

Mustafa Hacıbəylinin sözlərinə görə, Azad Həsənov aclıq keçirəndə yerləşdirildiyi sanitar hissəsindən çıxarılaraq, kameraya köçürülüb:

“Aclıq aksiyasından sonra A. Həsənov halsız olsa da, səhhəti qaydasındadır, əhvalı yaxşıdır”.

Mustafa Hacıbəyli qeyd edib ki, vəkilin sözlərinə görə, Azad Həsənov məhkəmənin onun barəsində ədalətli hökm çıxaracağına inanır.

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan Azad Həsənovun iyulun 31-də aclıq aksiyasını dayandırdığı açıqlanıb.

Bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirmişdi.

Həmin məlumatı Azad Həsənovun vəkili də təsdiq etmişdi.

Vəkil Osman Kazımov Azad Həsənovun aclıq aksiyasını dayandırmasını ona çoxsaylı müraciətlərin olması ilə izah etmişdi.

Azad Həsənov aclıq aksiyasını cinayət işi üzrə məhkəmə prosesinin süni uzadıldığını bildirərək elan etmişdi.

Onun, yoxsa onu tutan polislərin doğru danışdığını aydınlaşdırmaqdan ötrü məhkəmə xeyli vaxtdır Bakı Şəhər Baş Polis İdarəsinə sorğu göndərib.

İyulun 22-də də hakim İradə Həsənzadə deyib ki, polis idarəsindən hələ də cavab ala bilməyiblər. Elə həmin iclasda da Azad Həsənov aclıq aksiyasına başlayacağını elan etmişdi.

Sonrdan müdafiə tərəfi onun səhhətinin pisləşdiyini, sanitar hissəyə köçürüldüyünü açıqlamışdı.

Amma həmin məlumatı rəsmi qurumlardan təsdiqlətmək mümkün olmamışdı.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az