[:az]AXCP fəalları polis təzyiqi ilə üzləşib[:]

tərəfindən Gozetci

[:az]

Foto: Cabbar Savalanlı Facebook hesabı

AXCP Sumqayıt şöbəsi fəallları polis təzyiqi ilə üzləşib. Bu barədə AXCP üzvü Cabbar Savalanlı özünün “Facebook” hesabında məlumat paylaşıb. O bildirib ki, iyun ayının 7-si  AXCP Sumqayıt şəhər şöbəsinə 15 nəfər yeni üzv qəbul edilib və həmin məkandan foto paylaşılıb. Səhəri gün isə fəalların toplaşdığı çayxana Sumqayıt polisinin təzyiqi ilə bağlanılıb.

“Həmən tarixdən iki həftə sonra çayxana yenidən işləməyə başlayıb. Ancaq biz gəlib çayxanada oturmaq istəsəyəndə işçilər bizə oturmağa qadağa qoyulduğunu bildirdilər. Bu qadağanın da həmən görüşdən sonra Sumqayıt polisi tərəfindən qoyulduğunu dedilər”

Cabbar Savalanlının sözlərinə görə ötən gün şöbənin məclis üzvü, cəbhəçi Mahir Qulubəylini evindən SŞBPİ – nə apararaq fəaliyyətləri ilə bağlı sorğu – sual ediblər.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az