[:az]Müsavat Partiyasının fəalı Azad Həsənovun məhkəməsi təxirə salınıb[:]

tərəfindən Gozetci

[:az]Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyası fəalı Azad Həsənovun məhkəmə prosesi təxirə salınıb. Səbəb Bakı Şəhər Baş Polis İdarəsinə göndərilən sorğunun cavablandırılmaması olub. Bununla yanaşı şahidlərin məhkəməyə gəlmədiyi bildirirlir.

Xatırladaq ki, Azad Həsənov 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədi ilə 2018-ci ilin oktyabrında onun Bakıya gəldiyi açıqlanıb. Müdafiə tərəfinin bildirdiyinə görə, o, oktyabrın 11-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4-cü (külli miqdarda qanunsuz narkotik vasitələrin dövriyyəsi) maddəsi ilə cinayət işi qaldırılıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az