80
[:az]AXCP Şəki şöbəsi AXC-nin 30 illiyiylə bağlı Şəkinin Şam bağı adlanan istirahət məkanlarının birində tədbir keçirib. AXCP Şəki fəallarının Gözətçiyə verdiyi məlumata görə tədbirin başlanmasından 30 dəqiqə sonra məkana polis basqını olub və polislər tədbiri dağıtmağa cəhd ediblər. Partiya fəallarına məkanı tərk etmək üçün bir saat vaxt verilib. Uzun danışıqdan sonra cəbhəçilər tədbirlərini keçirə biliblər. Amma fəallar bildiriblər ki, tədbir boyunca ərazi polis qüvvələri tərəfindən mühasirədə saxlanılıb.[:]