[:az]Təcrübəli idman jurnalisti İlkin Xəlilov çalışdığı “ATV” kanalında təzyiqlərə məruz qalıb. Buna səbəb onun milli komandanın uğursuz çıxışlarından sonra hazırladığı sujet olub. O, sujetdə AFFA rəhbərliyini tənqid edərək, işlərini düzgün etmədiklərini bildirib. Bundan sonra hətta İlkin Xəlilovun işdən azad olunacağı da bildirilir.
Jurnalist ATV kanalınının sujetdən narazı qaldığını, guya burada təhqirsaçan ifadələr olduğunu və bu səbəbdən də onun haqqında uzaqlaşdırma qərarı verilə biləcəyini söyləyib:
“ATV rəhbərliyi sujetdən narazı qalıb. Nə qədər absurd olsa da, mən guya, həmin sujetdə AFFA-nı təhqir etmişəm, AFFA-ya qarşı haqsızlıq etmişəm, jurnalist peşəsindən suiistifadə etmişəm. Çox maraqlıdır ki, AFFA özü buna etiraz etmir, səsini çıxramır, amma ATV rəhbərliyi AFFA əvəzinə vəkillik edir.
Mən hazırda ATV-nin işçisiyəm. 17 mayda bu məsələ dəqiqləşəcək ki, mən qalıram, yoxsa yox”.[:]