[:az]Azərbaycan-Slovakiya oyununda ”istefa” səsləndirənlər saxlanılıb[:]

tərəfindən Gozetci

[:az]

”Polislər azı 26 azarkeşi Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə aparıblar”

İyunun 11-də Bakıda AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan – Slovakiya oyunu keçirilib.

Slovakiya komandası 5-1 hesabı ilə qələbə qazanıb.

Azərbaycan komandasının məğlub olmasını etirazla qarşılayan azarkeşlər AFFA rəhbərliyinə qarşı istefa şüarlarını səsləndiriblər.

Məlumatı “komanda.az” saytı yayıb. Amma ikinci hissədən etibarən şüarların sayı azalıb. Səbəb arenaya çoxu mülki geyimdə olmaq şərti ilə xeyli polisin gəlməsidir. Onlar istefa şüarı səsləndirən azarkeşləri həbs edərək arenadan çıxarıblar.

“Polislər azı 26 azarkeşi Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə aparıblar. Həbslər isə hələ də davam edir,”- sayt əməkdaşı xəbər verib.

Bundan əvvəl Azərbaycan komandası Macarıstan yığmasına 3-1 hesabı ilə məğlub olmuşdu.

MEYDAN TV

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az