[:az]Göyçay sakini, Müsavat partiyasının fəal üzvü Elnur Rəhimli Göyçay rayonu icra başçısı Mehdi Səlimzadənin Əli adlı qohumu tərəfindən məhkəməyə verilərək sosial şəbəkədə “şəxsiyyəti təhqir edən ifadələr” paylaşdığını bildirib. Buna görə Əli 10000 manat təzminat tələb edib.
Elnur Rəhimli isə bu ittihamı əsasız hesab edir, ona görə ki, onun Əli haqqında payladığı yazı ona məxsus deyil, hansısa xəbər saytına məxsusdur. Yazıda icra başçısının qohumlarının rayonda korrupsiya əməllərinidən yazılıb və bu qohumların keçmişdə qəssablıqla dolandıqları, kasıb yaşadıqları, indi isə qarşısına çıxanı əzib keçmək vəziyyətində olduqları qeyd olunub.
Ölkə prezidentinin dilindən sitat gətirərək “məmurlar harınlayıb, məmurlar qudurb” ifadələrini şərh bölümündə yazdığı üçün məhkəməyə verilən Elnur Rəhimli bu ittihamı gülünc adlandırıb.[:]