[:az]”Əfqan Muxtarlının sağlamlığına görə məsuliyyəti hökumət daşıyır”[:]

tərəfindən Gozetci

[:az]Leyla Mustafayeva: ”Əfqan Muxtarlının sağlamlığına görə məsuliyyəti hökumət daşıyır”

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi hazırda məhbus həyatı yaşayan jurnalist Əfqan Muxtarlının səhhəti ilə bağlı müraciətə cavab verib.

Bu barədə jurnalistin həyat yoldaşı Leyla Mustafayteva Meydan TV-yə danışıb.

İdarənin rəis müavini İftixar Qurbanovun imzaladığı cavab məktubunda qeyd olunur ki, Əfqan Muxtarlıya tibbi xidmətin əlçatanlığı təmin edilib, azadlıqdan düçar olduğu xroniki xəstəliklərlə əlaqədar o, kilin, laborator, instrumental müayinələrdən keçirilərək mütəxəssislər tərəfindən konsultasiya olunub.

“Sonuncu dəfə Əfqan Muxtarlıya laborator analizlər cari ilin aprel ayının sonlarında edilib, daxili üzvləri ultrasonoloji müayinədən keçirilib, EKQ olunaraq ürək fəaliyyəti yoxlanılıb, kardioloq, nevroloq və oftolmoloq tərəfindən konsultasiya olunub. Nəticədə sinir sistemi tərəfindən üzvü dəyişiklik izlənilməyib, daxili orqanlarında, o cümlədən, böyrəklərində hər hansı patologiya və sidiyin ümumi analizində qan aşkar edilməyib. Hazırda Əfqan Muxtarlının səhhəti kafidir, xroniki xəstəliklərin gedişatında mənfi dinamika müəyyən edilmir. O tibb işçilərindən və müalicələrdən razılıq edir”.

Məktubu şərh edən Leyla Mustafayeva deyib ki, onları narahat edən ilk növbədə Əfqanın alt paltarında qan ləkəsinin aşkar olunması idi:

“Təəssüf ki, bu sənəddə həmin ləkənin necə düşdüyünə aydınlıq gətirilməyib. Hər halda paltar Əfqanın olub, başqa məhbusun yox. Özləri də təsdiq edirlər ki, Əfqanın durumu risklidir. Sənəddə də yazıblar ki, durumu kafidir. Yaxşı olsaydı, qənaətbəxş, yaxud da əla yazardılar”.

Leyla Mustafayeva deyib ki, Əfqan Muxtarlının sağlamlığına və həyatına görə məsuliyyəti hökumət daşıyır.

Jurnalist Ə.Muxtarlı 2017-ci ilin mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyib. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunub.

Ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıda rəsmi qurumlar onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını deyib. Rəsmi məlumata görə, bu zaman hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

2017-ci il dekabrın 12-də Balakən rayon məhkəməsinin qərarı ilə Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.

 

MEYDAN TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az