[:az]”Salaam Cinema” binanın mühafizəsinə dair sənəd təqdim olunmayana qədər onu tərk etməyəcək[:]

tərəfindən Gozetci

[:az]

Kinohəvəskarlar cəmiyyəti binanın malakanlara qaytarılması üçün oradan çıxmağa hazırdır

Ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın İnstaqram səhifəsindəki qeydindən sonra hökumətyönlü telekanalların müxbirləri bu binaya gəlməyə başlayıblar. Belə ki, M.Əliyeva malakanların keçmiş ibadət evi olan, indi isə sahibi tərəfindən söküntüsü başlanılan bu bina ilə bağlı gəncləri dəstəklədiyini bildirib.

Azərbaycan televiziyasında yayımlanan reportajlarda tamaşaçılara Bakıdakı qədim binalara dövlət qayğısından danışılır, “SalaamSinema” qeyri-rəsmi qurumunun rəhbəri, fotoqraf İlkin Hüseynov Turan-a bildirib.

Onun tərəfdarları Bakıda S.Rüstəm küçəsində yerləşən bu köhnə binanı tərk etməkdən imtina ediblər. Məqsəd Azərbaycan paytaxtındakı daha bir memarlıq abidəsinin məhvinə yol verməməkdir.

“Bizim hərəkat gözlənilmədən, şəxsi mənfəəti üçün abidələri dağıdan Azərbaycan kapitalızminin hərəkətləri nəticəsində yarandı. Binanın sahibi Valeh Qasımov (yəqin arxasında başqa adamlar da durur) bir neçə tərəfdarı ilə gələrək burada keçirdiyimiz mədəni tədbirlərə son qoyulduğunu bildirib. Biz burada yeni film nümayiş etdirirdik. Filmin nümayişinə dəvət olunan hollandiyalı dokumentalist və digər əcnəbi qonaqların iştirakı zamanı V.Qasımovun adamları elekrik enerjisini kəsdilər. Biz filmə notbukun ekranından baxmağa məcbur olduq. İcarəyə götürdüyümüz binanın sahibi ilə münaqişənin ilk günündə onun binanı sökmək niyyətində olduğu bəlli oldu. Və bir neçə gün öncə onun adamları pilləkəni dağıtmağa başladılar”, – “SalaamSinema” gənclər qrupunun rəhbəri İlkin Hüseynov Turan-a bildirib.

“SalaamSinema” tərəfindən binanın icarə müddəti hələ başa çatmayıb, mayın 31-də bitir. Lakin binanın sahibi cəmiyyəti vaxtından əvvəl binadan çıxarmaq və onu dağıtmaq istəyir. İ.Hüseynov binanın təmirinə 10 min manata yaxın vəsait xərcləyib. Binanı ona görə təmir ediblər ki, azərbaycanlı malakanların keçmiş ibadət evinin dağıdılmasına yol vermək istəməyiblər. “Pula heyfim gəlmir. Sadəcə, burada hamı üçün açıq olan art məkan yaratmaq istəyirik”, – İ.Hüseynov qeyd edib.

“SalaamSinema”nın tarixçəsi üç il öncədən başlayıb. Bundan öncə onlar “Vətən” kinoteatrında yer icarəyə götürmüşdülər. Öz aparatları ilə oranı təchiz edərək giriş bileti ucuz qiymətə kinoseanslar təşkil edirdilər. Pulu təşkilati işləri həll etmək üçün alırdılar. Azərbaycanın ilk sənədli filmi “Milyonçular və neft” filmindən qalmış parçaları nümayiş etdiriblər. Filmin tam versiyası itirilib. Sosial şəbəkələrdə film nümayişindən xəbərdar olan gənclər oraya axışmağa başlayıb. Son vaxtlar “SalaamSinema”nın ətrafında 200-250 gənc kinohəvəskar toplaşıb. Bu il qışda onlar malakanların ibadət evini icarəyə götürüblər.

V.Qasımovun adamları binanı tərk etmək istəməyən gənclərin əzmkarlığı ilə üzləşiblər. Evin sahibi və onun adamları gəncləri döymək istəyəndə onlar və qızlar döşəməyə oturublar. Mayın 6-da binada 30 nəfər gecələyib ki, evin dağıdılmasına yol verilməsin. Həyətdə tonqal qalayıblar, samovar qaynadıblar, musiqi ifa edib, rəqs ediblər. İki gün belə davam edib. Naməlum adamlar onlara 50 nəfərlik yemək gətiriblər, ancaq öz adlarını açıqlamaqdan imtina ediblər. Sadəcə, yeməyi maşından çıxarıb piketçilərə veriblər.

“İndi bizim yanımıza tanımadığımız adamlar gəlir, biz qonşuları dəvət edirik ki, hamı bizim açıq niyyətli olduğumuzu görsün. Biz sərxoşluq etmirik, siyasi şüarlar yaymırıq, sadəcə, bu binanı saxlamaq istəyirik. Binanın memarlıq dəyəri kimi dövlətin mühafizəsinə götürülməsi barədə sənəd aldıqdan sonra onu tərk etməyə hazırıq. Bina V.Qasımovun mülkiyyətindən çıxarılmalıdır. Çünki o, binanı dağıtmaq niyətindədir. O, nüfuz sahibidir, məhkəməni ələ ala bilər, binanın qəzalı olmasının elan edilməsinə və onun sökülməsinə nail ola bilər. Hələlik birinci vitse-prezidentin bəyanatından başqa onun evi dağıtmaq fikrindən daşınmasına inanmagımız üçün əsas yoxdur. Biz tarixi binaya sahiblik iddiası irəli sürmürük, hesab edirik ki, onu azərbaycanlı molokanlara qaytarmaq ədalətli olardı ki, onlar da öz dini ayinlərini icra edə bilsinlər. Biz malakanlarla görüşdük və bu barədə söhbət etdik. Birmənalı olaraq, binanın dağıdılmasına yol verməyəcəyik”, – İlkin tələblərini açıqlayıb.

Gənclər binaya rəsmi memarlıq abidəsi statusunun verilməsini gözləyirlər. Onlar hər zaman ictimaiyyətə məxsus olan binanın özəlləşdirilməsinin qanunsuz olmasının tanınmasını tələb edirlər.

Gənclər bina sahibinin yaratdığı qəzalı vəziyyəti özləri aradan qaldırlblar. Suyu kəsdiyinə görə tualetlər yayarsız vəziyyətə düşmüşdü. Elektrik enejisi kəsilmişdi. Gənclər dizel elektrogenerator quraşdırıblar. Telefonla İlkinə bildiriblər ki, binanın statusu məsələsinə baxılır. “Molokan evi” işi Gənclər Fonduna həvalə edilib və qurum İlkinlə əlaqə saxlayır”, – o bildirib.

İ.Hüseynov mətbuata, hətta M.Əliyevanın bəyanatından sonra onlara baş çəkən telekanallara təşəkkürünü bildirib.

Fotoda İ.Hüseynov tərəfdaşı və xanımı Leyli ilə.

 

TURAN[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az