[:en]DDOS Attacks on Meydan TV after Publication of Investigation of SOCAR Activities[:az]SOCAR-la bağlı araşdırmadan sonra Meydan TV-nin saytına hücumlar başlayıb[:]

tərəfindən Gozetci

[:en]DDOS (Denial of Service) attacks on the website Meydan.tv have been committed for already 10 days in order to disrupt its normal activities. The server receives numerous requests, and it cannot stand their flow. The attacks began after the publication of the investigation of SOCAR”s activities, resulting in limited access to the website.

This is not the first time that DDOS on Meydan.Tv are conducted after publications about SOCAR or its President, Rovnag Abdullayev. Similar attacks are also made on other websites criticizing the State Oil Company and its President.

The initial investigations of IT specialists of Meydan TV show that the attacks mainly come from the territory of Azerbaijan and several foreign servers.

Currently, measures are being taken to restore the activities of Meydan TV, according to its employees.

 

TURAN[:az]10 gündən artıqdır Meydan TV-nin saytına davamlı DDOS (xidmətdən imtina hücumu – Denial of Service attack) hücumlar edilir. Məqsəd şəbəkə resursunun normal işini pozmaqdır. Bu zaman serverə xidmət tələbi ilə çoxlu sayda sorğular gəlir. Server öz resurslarını bağlantı qurmağa və xidmət göstərməyə sərf edir, sorğuların müəyyən axınının qarşısında isə “tab gətirmir”.

Bu hücumlar əsasən SOCAR-la bağlı dərc edilən araşdırmalardan sonra başlayıb və nəticədə sayta giriş məhdudlaşıb.

Bu, ilk hal deyil. SOCAR-la və ya onun prezidenti Rövnəq Abdullayevlə bağlı yazılar dərc olunduqda sayta DDOS hücum başlayır. Eyni hal Rövnəq Abdullayev, onun rəhbərlik etdiyi qurumlar haqda yazan saytlara da tətbiq edilir. Dəfələrlə bu haqda sosial şəbəkələrdə paylaşımlar edilib.

Meydan TV-nin İT mütəxəssislərinin ilkin araşdırmasına görə, hücumlar əsasən Azərbaycan daxilindən və bir neçə xarici serverlərdən edilir. Hazırda Meydan TV-nin iş fəaliyyətinin bərpası istiqamətində iş gedir.

 

TURAN[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az