[:az]Yanğının qəsdən törədildiyi məlum olub[:]

tərəfindən Gozetci

[:az]Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Babək prospektində yanğın baş verdiyi «Azərsutikinti» xəstəxanasının məcburi köçkünlər yerləşən korpusuna gəlib.

Köçkünlər deyiblər ki, burada yaşamağa şərait əlverişli deyil. Onlar yeni mənzillərə köçürülmələrini tələb ediblər.

Komitə sədri də, öz növbəsində, vurğulayıb ki, dövlət onların şəraitinin yaxşılaşdırılmasından ötrü evlər tikir və bu proses davam edəcək. O, sakinləri səbirli olmağa səsləyib. Amma sədrin çağırışı uzun müddət diqqətə alınmayıb.

R.Rzayev deyib ki, hazırda Bakıda 42 min köçkün ailəsi, cəmi 810 hazır mənzil var: «İndi bölüşdürün görüm bunu necə bölüşdürəcəksiniz? Odur ki, səbir edin, görürsünüz evlər tikilir və tikilməkdə davam edir, növbəliliklə hamıya ev veriləcək».

«Yanğının qəsdən törədildiyi məlum olub»
Komitə sədri bir ay əvvəl Nərimanovdakı yataqxanada baş verən yanğına da toxunub. Onun vurğulamasına görə, bu il martın 6-da Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov 12 ünvanında yerləşən yataqxanada yanğının qəsdən törədildiyi məlum olub. Həmin hadisə zamanı 2 nəfər ölüb, 10-a yaxın şəxs isə xəsarət almışdı.

Sonra da R.Rzayev binaya daxil olaraq yanğının fəsadları ilə tanış olub. O vurğulayıb ki, bu yanğınla da bağlı ekspert rəyi olacaq.

Bu gün, aprelin 10-da Bakıda Babək prospektində yerləşən binada yanğın baş verib.

Yanğının «Azərsutikinti» trestinin xəstəxanasının məcburi köçkünlərin məskunlaşdığı korpusunda olduğu bildirilir. Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə zamanı 45 yaşında bir kişi qorxaraq özünü binanın 3-cü mərtəbəsindən aşağı atıb. Həmin şəxs təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Nazirlikdən verilən məlumata görə, hadisə zamanı ümumilikdə 5 şəxs xəsarət görüb. Hadisə yerinə yanğınsöndürənlər gəlib. Yanğın söndürülüb.

Son vaxtlar Bakıda köçkünlərin məskunlaşdığı bir neçə yataqxanada yanğın baş verib. Martın 5-dən 6-na keçən gecə Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yataqxana binasında yanğın olmuşdu. Bu yanğında iki köçkün həlak olmuş, 10-a yaxın şəxs isə xəsarət almışdı.

Köçkünlərin məskunlaşdığı yataqxanaların bəziləri qəzalı vəziyyətdədir, Onlarda kommunal təminatda, elektrik çəkilişində problemlər də olduğu bildirilir.

Amma bu yaxınlarda baş nazirin müavini Əli Əhmədov demişdi ki, hüquq-mühafizə orqanları bu yanğınların qəsdən törədilib-törədilmədiyini araşdırır.

AZADLIQ RADİOSU[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az