[:az]Baş redaktora hökm oxundu[:]

tərəfindən Gozetci

[:az]Anar Məmmədov 5 il 6 ay şərti cəza aldı

Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsi və ondan sonra baş verənlər haqda iki yazıya görə dövlət əleyhinə çağırışlarda ittiham olunan Anar Məmmədovun məhkəməsi başa çatıb. Martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalistə hökm oxunub.

Hakim Eldar Mikayılovun sədrliyilə çıxarılan hökmə əsasən, A.Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Lakin ona iki il sınaq müddəti olmaqla, 5 il 6 ay şərti cəza verilib.

A.Məmmədov hökmdən narazı qalıb və apelyasiya şikayəti verəcəyini bildirib. O, martın 18-də məhkəmədə son sözündə də bildirib ki, bəraət hökmündən başqa istənilən qərar onun hüquqlarının pozulmasıdır. Jurnalistin sözlərinə görə, üç ay davam edən məhkəmə ona qarşı ittihamların absurdluğunu ortaya qoydu:

“Başıma gətirilənlər birbaşa peşə fəaliyyətimə görə mənə qarşı təzyiqdir, məni qorxutmağa hesablanıb. Məhkəmə qarşısına təqsirləndirilən şəxs qismində çıxarılmağım jurnalist olaraq, obyektivliyini qorumağıma, baş verən hadisələri olduğu kimi işıqlandırmağıma görədir. Bu səbəbdən bundan öncə də təzyiqlərə məruz qalmışam”.

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.

İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən “Criminal.az” saytına girişə məhdudiyyət qoyulmuşdu.

Buradaykən …
Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

MEYDAN TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az