[:en] At Trial of Opposition Member[:az]Müsavatçı fəal əlehinə ifadə verən polis pis vəziyyətdə qalıb[:]

tərəfindən Gozetci

[:en]On March 18, the Baku Court of Grave Crimes chaired by Irada Hasanzadeh continued the meeting on the case of the Musavat activist Azad Hasanov.

He was detained in October 2018 immediately after returning from Lithuania, where he was in political emigration for 4 years. He was charged under Art. 234.4.3 (Drug trafficking on a large scale).

At today’s meeting, the testimony of Metropolitan Police Officer Omar Naibov was heard. He said that Hasanov was detained on the basis of operational information. However, when lawyer Osman Kyazimov asked to clarify when the information specifically arrived, the police officer could not name the exact time. He further admitted that the police “had invited a lawyer in advance,” but could not clearly explain why.

When asked why the inspection of Hasanov was not conducted at the place of detention, the police officer said that “the operational situation did not allow that.”

To the lawyer”s question how legitimate it was to write of a drug in the protocol on detection prior to the examination, the witness admitted that it was wrong, but said Hasanov “confessed that he had drugs”. However, the accused rejected this, saying that after his arrest he was asked about political activities. He was asked about this during the interrogation in the metropolitan police. Hasanov said the drugs were planted on him. The trial will continue on April 2nd. Human rights activists recognize Hasanov as a political prisoner.

 

TURAN[:az]

Martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində İradə Həsənzadənin sədrliyi ilə Müsavat Partiyasının fəalı Azad Həsənovun işi üzrə iclas davam edib.

O, 2018-ci ilin oktyabrında, 4 il siyasi mühacirətdə olduğu Litvadan qayıtdıqdan dərhal sonra saxlanılıb. Ona qarşı 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddə ilə ittiham irəli sürülüb.

Bugünki iclasda paytaxtın polis əməkdaşı Ömər Nəibovun ifadəsi dinlənilib. O bildirib ki, Həsənov əməliyyat məlumatı əsasında saxlanılıb. Amma vəkil Osman Kazımov məlumatın konkret olaraq nə zaman daxil olduğunu açıqlamağı istədikdə polis dəqiq vaxt göstrə bilməyib. Daha sonra o etiraf edib ki, polis “əvvəlcədən vəkil dəvət edib”, amma bunun səbəbini aydın şəkildə izah edə bilməyib.

Həsənovun üzərində yoxlamanın niyə saxlanıldığı yerdə aparılmadığı haqqında suala cavabda polis əməkdaşı bildirib ki, “əməliyyat şəraiti imkan verməyib”.

Vəkilin ekspertiza keçirilməzdən əvvəl protokolda narkotik aşkar edildiyini yazmağın nə dərəcədə qanunauyğun olduğu barədə sualına cavabda şahid etiraf edib ki, bu, doğru deyil, amma “bunun narkotik olduğunu etiraf edən” Həsənova istinad edib. Müttəhim isə bunu təkzib edib, saxlanıldıqdan sonra siyasi fəaliyyəti haqqında sorğu-sual edildiyini bildirib. Paytaxt polisində dindirmə zamanı da ona bu barədə sualalr veriblər. Həsənov bildirib ki, narkotik onun üzərinə qoyulub.

Məhkəmə prosesi aprelin 2-də davam edəcək. Hüquq müdafiəçiləri Həsənovu siyasi məhbus kimi tanıyıblar.

 

TURAN[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az