[:az]İranla sərhəddə Azərbaycan vətəndaşı öldürülüb[:]

tərəfindən Gozetci

[:az]Fevralın 11-də İranla sərhəddə, Azərbaycanın “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi (Bakıdan 300 kilometr cənubda) yaxınlığındakı postunun ərazisində sərhədi pozmağa cəhd edən Azərbaycan vətəndaşı Zülfüqar Seyfullayev öldürülüb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatına görə, Zülfüqar Seyfullayev İran ərazisindən Azərbaycan istiqamətində hərəkət edirmiş.

“Həmin şəxs Azərbaycan sərhədçilərinin əmrinə tabe olmayaraq İran istiqamətində geriyə doğru qaçıb. “Dövlət sərhəddi haqqında” qanunun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunub və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində ölüb”, – xəbərdə qeyd edilir.

Hazırda Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq hadisə ilə əlaqədar əməliyyat-istintaq hərəkətləri həyata keçirir.

Bununla yanaşı, Zülfüqar Seyfullayevin yaxınları və İran tərəfi sərhəddə baş verənlərə hələ münasibət bildirməyiblər.

Ümumiyyətlə, Azərbaycan sərhədlərində ən çox silahlı insident İranla sərhəddə qeydə alınır. Rəsmi məlumatların təhlili göstərir ki, son illər Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən narkotik maddələrin əksəriyyəti İran ərazisi vasitəsi ilə gətirlib. Son illərdə hüquq- mühafizə orqanları İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddə gətirən onlarla insanı tutub. Yüzlərlə kiloqram müxtəlif növ narkotik maddə götürülüb. Eyni zamanda, dövlətə xəyanətdə günahlandırılan bir sıra şəxslərin məhkəməsi zamanı onların İranla sərhəddi qanunsuz yolla keçdiyinin istintaqla müəyyən edildiyi bildirilib.

İranla sərhəddə sonuncu silahlı insident isə 2018-ci il noyabrın 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstəsinin xid­məti ərazisində baş verib. İran vətəndaşı Nəsiri Şəhzad Şekar Azərbaycan sərhədçiləri tərəfindən açılan atəşlə yaralanıb. Məlum ollub ki, o əvvəllər də Azərbaycanın dövlət sərhəddini qanunsuz keçib və Azərbaycan sərhədçisini yaralayıb.

Bu hadisədən sonra 2018-ci ilin dekabrında İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi Bakıda səfərdə olub. 2019-cu il yanvarın 9-da isə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev İranda səfərdə olub. Hər iki halda təhlükəsizlik və sərhəd təhlükəsziliyi məsələləri diqqət mərkəzində olub.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az