[:az]Əfv komissiyası 60 müraciətə baxıb[:]

tərəfindən Gozetci

[:az]Fevralın 11-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası olub.

Komissiyanəın üzvü Əliməmməd Nuriyev Amerikanın Səsinə bildirib ki, bu gün komissiyanın iclasında 60 müraciətə baxılıb.

“Bu komissiyanın ikinci iclası idi. Komissiyanın ötən həftə keçirilən birinici iclasında 100 müraciətə baxılıb,” o qeyd edib.

Nuriyevin sözlərinə görə, komissiyanın iclasları davam etdiriləcək.

“Komissiyaya məhkumlar, onların vəkilləri, qohumları tərəfindən yüzlələrlə müraciətlər daxil olub,” Nuriyev bildirib.

Əfv komissiyası bütün müraciətlərə baxıb rəy verdikdən sonra müraciətlər əfv üçün ölkə prezidentinə təqdim edilir. Kimlərin əfv ediləcəyi isə prezidentin səlahiyyətinə aiddir.

Bundan öncə, 2018-ci il mayın 24-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb.

Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az