31
[:az]Bugün “Səid Dadaşbəyli işi” üzrə 12 il müddətinə azadlıqdan məhrum edilən iki siyasi məhbus Emil Möhbalıyev və Mikayıl İdrisov cəzalarının müddəti bitdiyi üçün azadlığa buraxılıb. Hər iki siyasi məhbus Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2007-ci il tarixli hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar Səid Dadaşbəylinin rəhbərliyi altında “NİMA” (Mehdi Seyid əz-Zamanın Şimal Ordusu) adlı radikal dini qruplaşma yaradaraq İranın xüsusi xidmət orqanlarına casusluq etməklə dövlət əleyhinə cinayətlərin törədilməsində ittiham olunublar. İş üzrə azadlıqdan məhrum edilən 10 nəfərdən 8 nəfəri hələ də həbsdədir.[:]