[:en]Khadija Ismayilova Wins Second Case against Government of Azerbaijan[:az]Xədicə İsmayılova Azərbaycan hökumətinə qarşı ikinci işi qazanıb[:]

tərəfindən Gozetci

[:en]The European Court of Human Rights (ECHR) on January 10 announced the decision on the complaint of the journalist Khadija Ismayilova against the government of Azerbaijan.

The complaint was filed due to an ineffective investigation into the violation of privacy secrets, initiated in connection with the spread of video frames concerning the journalist’s personal life.

The European Court found a violation of the rights of Ismayilova under Articles 8 (respect for personal and family life) and 10 (freedom of expression), the European Convention on Human Rights.

At the same time, the ECHR did not consider it necessary to conduct an investigation into a violation of Article 6 (fair trial) of the European Convention on Human Rights.

The court set a compensation for the journalist at 15,000 euros and another 1,750 euros for legal costs.

Since 2005, Ismayilova has been engaged in investigative journalism and harshly criticized the authorities.

In 2010-2012 she published in the Azerbaijani service of Radio Liberty a series of investigations about corruption in the ruling elite of Azerbaijan. In 2012, she was blackmailed about her personal life. In an anonymous letter, she was requested to stop investigations. After her refusal, video frames were posted on the Internet. Following this, three pro-government newspapers published articles in which they accused Ismayilova of lack of professionalism, bias towards government and immorality.

Ismayilova discovered hidden cameras and other equipment in her apartment, including a second telephone line.

The prosecutor’s office allegedly launched an investigation, but it turned out to be unsuccessful. The journalist appealed the inaction of the prosecutor’s office in the local courts, but in vain, after which she appealed to the ECHR.

This is the second decision of the ECHR on the complaint of Ismayilova. The previous one was taken in April 2017 on a complaint of detention and a fine during a peaceful rally in Baku in January 2013

However, the authorities did not execute this decision and blocked her accounts so that she could not receive either compensation under the ECHR verdict or monetary awards awarded by international organizations.

Note that the ECHR also contains several complaints from the journalist, including her arrest in December 2014 and subsequent imprisonment.

 

TURAN[:az]Yanvarın 10-da Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) jurnalist Xədicə İsmayılovanın Azərbaycan hökumətindən şikayəti ilə bağlı qərarını elan edib.

Bu iş X. İsmayılovanın videogörüntülərinin yayılması nəticəsində CM-in 156-cı maddəsi (şəxsi həyatın toxunulmazlığını pozma) ilə açılmış cinayət işi üzrə icraatın effektiv araşdırılmamasından verilən şikayətlə bağlıdır.

Avropa məhkəməsi Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrinin pozulduğunu tanıyıb.

Məhkəmə Konvensiyanın 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması) üzrə şikayəti araşdırmağa ehtiyac görməyib.

Bununla da məhkəmə jurnalistə mənəvi zərərə görə 15000 avro, məhkəmə xərclərinə görə 1750 avro ödənilməsini müəyyən edib.

Xədicə İsmayılova 2005-ci ildən təhqiqat jurnalistikası ilə məşğul olur və xüsusən də “Azadlıq” radiosu üçün hazırladığı materiallarda Azərbaycan hakimiyyətini sərt tənqid edib. O 2010 və 2012-ci illərdə Azərbaycan prezidenti və ailəsinin iddia olunan korrupsiya əməlləri barədə materiallar hazırlayıb.

X.İsmayılova 2012-ci ildə şəxsi həyatına aid video ilə şantaj edilib. Ona göndərilən məktubda fəaliyyətini dayandırması tələb edilirdi.

2013-cü ildə daha iki şantaj videosu İnternetə qoyulub. Bunun ardınca dövlət nəzarətində olan üç qəzet X.İsmayılovanı qeyri-peşəkarlıqda, hökumətə qarşı qərəzdə və əxlaqsızlıqda ittiham edən yazılar dərc edib.

X. İsmayılova mənzilində ondan xəbərsiz quraşdırılmış çox sayda kamera, çəkilişi ötürən transmitterlər və ikinci telefon xəttini aşkar edib.

Prokurorluq orqanları bununla əlaqədar X. İsmayılovanın ərizəsi ilə bağlı cinayət təhqiqatına başlayıb və jurnalistin dövlət “Baktelekom” şirkətinin mühəndisindən ifadə alınması barədə ricasını qəbul edib.

Sözügedən mühəndis X. İsmayılovanın mənzilində ikinci telefon xəttini göstəriş əsasında çəkdiyini etiraf edib. 2012-2013-cü ildə hakimiyyət orqanları jurnalistə göndərilmiş hədə məktubuna və onun içindəki fotoşəkillərə dair təhqiqat aparılmasına göstəriş verib.

X. İsmayılovanın təhqiqatın səmərəsiz aparılması barədə şikayətinə cavab olaraq prokurorluq orqanları 2012-ci ilin aprelində dərc etdiyi məlumatda bildirib ki iş üzrə X.İsmayılovanın dostları, həmkarları və ailə üzvləri də daxil olmaqla, bir sıra şahidlərdən ifadələr alınıb.

Bunun ardınca X. İsmayılovanın verdiyi şikayətdə qeyd olunur ki, prokurorluğun məlumatında onun şəxsi həyatına, həmkarlarına və dostlarına aid şəxsi məlumatlar açıqlanıb. Jurnalistin bu şikayəti də, sonrakı müraciətləri də nəticəsiz qalıb.

Bundan sonra 2013-2014-cü illərdə X.İsmayılova prokurorluq orqanlarının təhqiqatı uzatmasına dair ölkə məhkəmələrinə bir neçə dəfə uğursuz nəticələnən şikayətlər verib.

Avropa Şurası mətbuat xidmətinin məlumatında xatırladılır ki, X. İsmayıliova Avropa İnsan Hüquqları Məhkəməsinə 2014-cü ildə həbsinin qanunsuzluğu ilə bağlı ayrıca ərizə ilə müraciət edib.

 

TURAN[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az