[:az]Məhkəmə Məmməd İbrahimi 5 ay 22 gün azadlıqdan məhrum edib[:]

tərəfindən Gozetci

[:az]Bu gün Suraxanı Rayon Məhkəməsi AXCP sədrinin müşaviri Məmməd İbrahimə qarşı yeni cinayət işi üzrə onun barəsinə hökm çıxarıb.

Məhkəmə onu CM-in 317.2-ci maddəsi (həbsxanada qadağan olunmuş əşyaların saxlanması) ilə təqsirli bilərək 5 ay 22 gün azadlıqdan məhrum edib.

Bundan öncə prokuror onun həmin maddə üzrə maksimum müddətə – 6 ay azadlıqdan məhrum edilməsini istəmişdi.

M.İbrahim ittihamı rədd edərək işi siyasi sifariş adlandırıb. Müdafiə tərəfi hökmdən şikayət vermək niyyətindədir.

M.İbrahim 2015-ci il sentyabrın 30-da həbs olunub və xuliqanlıq ittihamı ilə 3 il azadlıqdan məhrum edilib. Həbs müddətinin başa çatmasına bir gün qalmış ona qarşı qanunsuz bıçaq saxlamaq ittihamı irəli sürülüb. Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi M.İbrahimi 2 ay müddətinə həbs edib.

Məmməd İbrahim hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

 

TURAN[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az