[:en]Authorities refuse to sanction the rally of Musavat party[:az]Bakı meriyası Müsavat Partiyasının mitinq keçirməsini məqsədəuyğun saymır[:]

tərəfindən Gozetci

[:en]The Baku Executive Power refused to authorise the rally of the Musavat Party, scheduled for January 12, demanding the release of political prisoners.

The city administration considered the rally to be “inexpedient.”

In turn, the party has declared a violation of the law on freedom of assembly by the Baku Mayor”s Office.

Musavat said it would continue the struggle to ensure fundamental freedoms, including freedom of assembly.

The rally on January 12 was to be held under the slogan: “Freedom to Mehman Huseynov and all the other political prisoners.”

 

TURAN[:az]Bakı Şəhər İcra Hakimiyyəti Müsvat Partiyasının yanvarın 12-də Mehman Hüseynov və digər siyasi məhbuslara dəstək məqsədi ilə mitinq keçirmək barədə mütaciətinə müsbət cavab verməyib. İcra hakmiyyəti mitinq keçirilməsini məqsədəuyğun hesab etməyib.

Müsavat Partiyası icra hakimiyyətinin cavabının “Sərbəst Toplaşmaq Azadlığı Haqqında” qanunun tələblərinə zidd olduğunu bəyan edib.

“Bakı Şəhər İcra Hakimiyyəti heç bir əsaslı səbəb göstərmədən mitinqin keçirilməsini məqsədəuyğun hesab etmədiyini bildirib. Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyətinin bu qərarının “Sərbəst Toplaşmaq Azadlığı Haqqında Azərbaycan Respublikası Qanunu”nun tələblərinə zidd olduğunu bəyan edir”, deyə partiya bildirir.

Müsavat Pariyası bəyan edir ki, ölkədə fundamental insan hüquqları, o cümlədən sərbəst toplaşma hüququnun təmin olunması, Mehman Hüseynov barəsində qaldırılan qondarma cinayət işinə xitam verilməsi uğrunda mübarizəsini davam etdirəcək.

“Müsavat Partiyası bir daha hakimiyətdən Mehman Hüseynovun və bütün siyasi məhbusların dərhal azad olunmasını tələb edir”, deyə partiyanın bəyanatında bildirilir.

 

TURAN[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az