[:az]AZƏRİQAZ-ın Ağsu RQİİ-nin şəhid ailəsinə qarşı özbaşınalığı.[:]

tərəfindən Gozetci

[:az]Vəkil İlqar Məhərrəmli bildirir ki, “Azəriqaz”-ın Ağsu Regional Qaz İstismar İdarəsinin xidmət göstərdiyi rayonların (Ağsu, Göyçay, Ucar, Ağdaş) sakinlərinə qarşı etdiyi özbaşınalıq – qanunsuz cərimələr bu rayonların sakinlərini özündən çıxarıb. Belə ki, sakinlər onlara qarşı qanunsuz yazılmış qaz cərimə borclarının silinməsi üçün məhkəmələrə müraciət edir və məhkəmələr də Azəriqazın regional idarələri tərəfindən yazılmış cərimələrin qanunsuzluğunu sübut edərək, həmin cərimə borclarının silinməsi barədə qətnamə çıxarırlar. Təkcə 2016/17-ci illərdə İlqar Məhərrəmli Göyçayda hüquq müdafiəçisi kimi qanunsuz yazılmış qaz cərimələrinə görə 74 məhkəmə işinə çıxmış və 74 işin hamısında vətəndaşlara yazılmış qaz cərimə borclarının qanunsuz olduğunu sübut edərək məhkəmə qaydasında ləğv elətdirmişdir. Ağsu RQİİ-si abonentlərə qarşı yazdığı qanunsuz cərimələrin məhkəmələr tərəfindən ləğv edilməsindən heç bir nəticə çıxarmayaraq vətəndaşlara qarşı qış fəsli başlar-başlamaz yenidən eyni qanunsuzluğu davam etdirməkdədir. Belə ki, 2018-ci ildə yüzlərlə vətəndaşa yenidən qanunsuz cərimələr yazılır. Belə cərimələrdən biri də Göyçay sakini 75 yaşlı şəhid atası Məmmədov Söhrab Cəmaləddin oğlunun ailəsinə yazılıb. Şəhid atası Söhrab bəy vəkil İlqar Məhərrəmliyə müraciət edərək bildirib ki, yaşadığı Göyçay şəhəri Nizami küçəsi, ev 67 ünvanına “Azəriqaz” İB Ağsu RQİİ Göyçay Xidmət Sahəsi tərəfindən 09.10.2018-ci il tarixdə yazılmış, rəis müavini Pərviz Ədilov tərəfindən imzalanmış məktub daxil olmuşdur. Həmin məktubda bildirilir ki, “təbii qazdan qeyri-qanuni istifadəyə və qaz sayğacına müdaxiləyə görə 0169956 saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt tərtib olunaraq 648 kub m.həcimdə (129 manat 60 qəpik dəyərində) itirilmiş qazın həcmi hesablanmış, həmçinin 93 manat yeni quraşdırılmış sayğacın dəyəri tərəfinizdən 5 gün müddətinə ödənilməlidir. Əks təqdirdə mənzilinizə təbii qazın verilməsi dayandırılacaqdır.
Vəkil bildirir ki, İstehsalçı Qaz İstismar İdarəsi abonentin mənzilinə quraşdırdığı qaz sayğacını heç bir mühafizə qutusunda yerləşdirmədən, küçədə quraşdırdığı halda abonent həmin sayğaca necə nəzarət edə bilər? Qaz idarəsinin əməkdaşları abonentlərin mənzilinə küçədə quraşdırdığı qaz sayğaclarını vətəndaşın xəbəri olmadan söküb yenisi ilə əvəzləyir və üstündən 10-15 gün keçəndən sonra həmin vətəndaşa cərimə aktı göndərir. 2017-ci ilin mart ayından Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi vəzifəsini icra edən Namiq Məmmədovun əhaliyə qarşı etdiyi bu qanunsuzluqlar, şikayətçilərin şikayətini qulaq ardına vurması əslində region sakinlərini dövlətdən narazı salmağa yönəlik bir addımdır.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az