[:az]Vəkil Fariz Namazlının bildirdiyinə görə 06 dekabr Avropa Məhkəməsi Seymur Həzinin 29 avqust 2014.cü ildə həbs edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verdiyi şikayət üzrə qərar elan ediləcək. Şikayətçi Konvensiyanın 5.1, 5.3 və 18.ci maddələrinin pozuntusunun tanınmasını xahiş edir. Həmin gün həmçinin Elçin Məmmədov adlı birinin vətənə xəyanət ittihamı üzr 12 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı verdiyi şikayət üzrə qərar elan ediləcək
Xatırladaq ki, Seymur Həzi 2014-cü il avqustun 29-da saxlanılıb. Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunub. 2015-ci il yanvarın 22-də Abşeron rayon məhkəməsində prokuror Seymur Həziyə 6 il iş istəmişdi. Məhkəmənin qərarı ilə jurnalist 5 il müddətinə həbs olunub. Seymur Həzinin müdafiəçiləri və özü onun siyasi sifarişlə tutulduğunu bildirir.[:]