[:az]Steynar Gil: Azərbaycan Avropa İttifaqının dəyərlərini bölüşmür[:]

tərəfindən Gozetci

[:az]Norveçin Azərbaycanda keçmiş səfiri Steynar Gil Oslonun Bakıdakı səfirliyi bağlamaq və onu Tbilisiyə köçürmək qərarına münasibət bildirib.

Turan Agentliyinin bu məsəlı ilə bağlı sorğusuna o, belə cavab verib: “Düşünürəm ki, Norveç XİN-in bəyanatında sualınızın cavabı verilib. Gürcüstan 2012-ci ildə Osloda səfirlik açıb. Bizim Gürcüstanda işləməyimiz həmişə daha asan olub, çünki bu ölkə fəal şəkildə islahatlar aparır və bizim dəyərlərimizi bölüşür, Azərbaycanda bugünki rejim haqqında isə bunu demək olmaz”.

Xatırladaq ki, Norveç XİN-in Azərbaycan səfirliyini bağlamaq qərarı rəsmi Bakının kəskin tənqidinə səbəb olub. Bakı nümayəndələri bu qərarın təəssüf hissi doğurmadığını bildiriblər. Daha sonra qeyd edilib ki, Norveç səfirliyi və onun keçmiş səfiri daxili işlərə qarışmaqla məşğul olurdu və guya Steynar Gili ölkədən göndərməyi planlaşdırırdılar, amma o, özü gedib.

Qeyd edək ki, Gil 13 il əvvəl Bakıda səfir vəzifəsində işləyib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az