[:az]Mustafa Hacıbəylinin ölkədən çıxışına qadağa qoyulub[:]

tərəfindən Gozetci

[:az]Qərar Baş prokurorluq tərəfindən verilib

Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəylinin ölkədən çıxışına qadağa qoyulub.

Bu barədə Mustafa Hacıbəyli “Facebook” profilində məlumat paylaşıb.

O bildirib ki, oktyabrın 31-də Müsavat Partiyasının başqanı Arif Hacılı və onun müavini Səxavət Soltanlı ilə birlikdə Gürcüstana iki günlük beynəlxalq tədbirə gedərkən Bakı hava limanından geri qaytarılıb.

Dövlət Sərhəd Xidmətindən ona bildirilib ki, ölkədən çıxışına Baş Prokurorluq qadağa qoyub.

Müsavat başqanı Arif Hacılı Baş prokurorluğun bu qərarını “söz və ifadə azadlığına qarşı zorakılığın davamı” kimi qiymətləndirib:

“Elə oktyabrın 31-də Bakı Apelyasiya Məhkəməsi Bastainfo.com saytının qeyri-qanuni bloklanması qərarını qüvvədə saxladı. İndi də saytın baş redaktoru Mustafa Hacibəylinin dəvət aldığı beynəlxalq tədbirdə iştirak üçün ölkədən çıxmasına imkan verilmədi. Hakimiyyətin söz və ifadə azadlığına qarşı zorakılığı davam edir”.

Meydan Tv[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az