[:az]Jurnalistin qohumu həbs edildi[:]

tərəfindən Gozetci

[:az]Turan TV-nin əməkdaşı, AXCP funksioneri Türkel Azərtürkün bacanağı Emin Saqiyevə hökm oxunub. O, Bakı Ağır Cinayətlər Məhməsinin qərarı ilə narkotik vasitələrin külli miqdarda satışında təqsirli bilinib və 7 il azadlıqdan məhrum edilib.

Nə baş verib: Emin Saqiyev 2017-ci ilin noyabrında həbs edilib və ilkin olaraq onun barədə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. 2018-ci ilin martında isə həbs müddəti daha 2 ay uzadılıb.

İddialara görə həbs edilmə səbəbi: Emin Saqiyevin həbsinin onun qohumu Türkel Azərtürkün siyasi və jurnalist fəaliyyəti ilə əlaqədar olduğu bildirilir.

Emin Saqiyevin hökumətə müraciəti: Mən heç vaxt Türkellə eyni mövqeni bölüşməmişəm, heç bir halda onunla hökumət əleyhinə fəaliyyətdə iştirak etməmişəm. Əgər məni təkcə onun bacanağı olduğum üçün bu qədər ağır şəkildə cəzalandırırlarsa, onda gərək mən onunla ümumiyyətlə uzaq da olsa qohumluq əlaqələrimin olmaması üçün bu gün həyat yoldaşımdan da ayrılım. Əgər hər şey sizin üçün rəsmiyyətdirsə, onda mən bu rəsmiyyətə günü bu gündən son verirəm. Amma mənim iki azyaşlı uşağım var, onlardan heç bir halda imtina edə bilmərəm və onlar bu gün haqq etmədikləri halda atasız, min bir əziyyətlə böyüməyə məhkum edilirlər.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az