[:az]Məmməd İbrahim: ‘Özləri qoyub, özləri götürdülər'[:]

tərəfindən Gozetci

[:az]“Bıçağı yatağıma özləri qoymuşdular, özləri də götürdülər…”, – AXCP Rəyasət Heyətinin üzvü, həbsdən çıxmasına iki gün qalmış yatağında bıçaq gizlətmək ittihamıyla haqqında yeni cinayət işi başlanan Məmməd İbrahim vəkilinə və ailə üzvlərinə belə deyib.

O, oktyabrın 2-də istintaq təcridxanasında vəkili ilə görüşüb, ailə üzvlərinə zəng edib.

M.İbrahimin oğlu Turan İbrahim Meydan TV-yə bildirib ki, atası həbsinin uzadılmasına səbəb olan bıçağın ona heç bir aiddiyyəti olmadığını deyib: “Deyir, namazdan çıxıb yeməyə gedəndə çağırdılar, getdim. Dedilər ki, axtarış aparılır. Qoyduqları bıçağı çıxartdılar. O bıçağın mənə aidiyyəti yoxdur”.

T.İbrahimin sözlərinə görə, telefon danışığı zamanı atası deyib ki, onun həbsdən çıxmasının qarşısını almaq üçün hazırlanmış təxribatın sifarişi cəzaçəkmə müəssisəsindəkilərdən gəlməyib: “Deyir, türmə səviyyəsində deyil məsələ. Bıçağı çıxaranda deyiblər ki, bağışla, utanırıq, amma məcburuq, sifariş “yuxarı”dan gəlib”.

M.İbrahim 2015-ci il sentyabrın 29-dan həbsdədir. O, üç nəfəri döyməkdə ittiham olunaraq, Cinayət Məcəlləsinin 221.2.2 (iki və daha çox şəxsə xəsarət yetirməklə xuliqanlıq) maddəsi ilə 3 il azadlıqdan məhrum edilib. Bu cəzanın başa çatmasına iki gün qalmış barəsində Cinayət Məcəlləsinin 317-2.1 (həbs yerində şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və s.) maddəsi ilə yenidən cinayət işi başlanıb. Haqqında yenidən iki ay müddətinə həbs-qətimkan tədbiri seçilən M.İbrahim Bakı istintaq təcridxanasında saxlanılır.

Cinayət Məcəlləsinin 317-1.2 maddəsində 6 aya qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az