[:az]AXCP üzvünün səhhətində yenilik yoxdur[:]

tərəfindən Gozetci

[:az]Ötən ildən həbsdə müalicə olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası ( AXCP) fəalı Elnur Fərəcov dünən, mayın 12-də atası ilə danışıb.

Bu barədə məhbusun atası Hüseyn Fərəcov AzadliqRadiosuna bildirib.

Hüseyn Fərəcov deyib ki, mayın 13-də oğlunun növbəti kurs müalicəsi başlayır:

“Elnurun səhhətində yenilik yoxdur. Onu Pentinsiar Xidmətin Mərkəzi Xəstəxanasında müalicə edirlər. Kurs müalicəsi 15 gündən bir keçirilir”.

Elnur Fərəcov 2017-ci ildə narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edilib.

Onun səhhəti həbsxanada elə ötən il pisləşib və O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Binə qəsəbəsində vərəm xəstələrindən ötrüyaradılan 3 saylı ixtisaslaşmış cəzaçəkmə müəssisəsinə (“tubzon” ) köçürülüb.

4 ay “tubzon”da saxlanılan E.Fərəcovun müalicəsinin nəticə vermədiyi bildirilir.

Buna görə də onun Penitensiar Xidmətin müalicə mərkəzinə köçürüldüyü deyilir.

Yaxınlarının deməsinə görə, orada E.Fərəcovun boğazında şiş olduğu müəyyən edilib .

E.Fərəcov cinayət məcəlləsinin 234.2-ci (narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədilə qanunsuz əldə edilməsi, saxlanması, hazırlanması və göndərilməsi) maddəsi ilə təqsirli bilinib.

Cinayət işi 2016-cı ilin dekabrında açılıb. Müdafiə tərəfinin bildirməsinə görə, E.Fərəcov təxribatla üzləşib. «Bir nəfər Fərəcovla tanış olaraq, rayonda biznes qurmaq istədiyini deyib. O, Fərəcova onu işlə təmin etməyə söz verib. E.Fərəcov onunla razılaşıb və birlikdə çayxanaya gediblər. Bu zaman polis çayxananı mühasirəyə alıb və onun tanışının cibindən narkotik götürüblər. O isə narkotik vasitəni Fərəcovdan aldığını deyib. Bu şəxsi «istintaqa yardım» adı ilə məsuliyyətdən azad ediblər», deyə E. Fərəcovun vəkili bir müddət öncə Azadlıq Radiosuna bildrmişdi.

Neftçala Rayon Məhkəməsi E. Fərəcovu 2017-ci ildə narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edib.

Müdafiə tərəfinin bu açıqlamasına, hələlik, Neftçala Rayon Məhkəməsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Hazırda AXCP-nin 10-dan çox üzvü həbsdədir. Partiya onların hamısına böhtan atıldığını, siyasi sifarişlə tutulduqlarını bəyan edib. Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az