[:az]’20-30 nəfərin azad edilməsi ilə situasiya dəyişməyəcək'[:]

tərəfindən Gozetci

[:az]Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra demokratiya və insan hüquqları ilə bağlı müzakirələrin yeni dönəmi başlayıb.

Amma vətəndaş cəmiyyəti, söz, ifadə, birləşmə azadlıqları sahəsində qanununvericilikdə son illərdəki dəyişiklikləri misal gətirən yerli və beynəlxalq ekspertlər yeni yaranmaqda olan demokratik institutların sıradan çıxarıldığını iddia edirlər.

Seçkilərin Monitorinqi və demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli hesab edir ki, Azərbaycanda hazırda heç bir demokratikləşmə prosesi getmir:

“Ümumiyyətlə, Azərbaycan Avropa Şurasına üzv olandan sonra bir müddət demokratikləşməylə bağlı ümidlər yaransa da, qanunvericilik, hüquqi praktikanın dəyişməsi, islahatlar görüntüsü edilsə də, çox keçmədən bunlar aradan qalxdı”

Anar Məmmədli son illər insan hüquqlarının müdafiəsi sahəsində ciddi böhran yaşandığını iddia edir:

“Ölkədə demokratikləşmə ilə bağlı prosesin işartısı görünmür. İndi daha çox siyasi məhbuslarla bağlı gözləntilər var. Bu da 28 may Respublika Günü ərəfəsində gözlənilən əfv sərəncamı ilə bağlıdır. Ancaq 20, hətta 50 nəfər siyasi məhbusun azad olunması insan hüquq və azadlıqları ilə bağlı böhranlı şəraiti tamamilə aradan qaldıra bilməz”.

“Əvvəlcə sistemli şəkildə aparılan repressiyalar dayandırılmalıdır,…”

Anar Məmmədlinin sözlərinə görə, ölkədə çox geniş spektrdə kompleks tədbirlər keçirilməlidir ki, durğunluq şəraiti aradan qalxsın:

“Əvvəlcə sistemli şəkildə aparılan repressiyalar dayandırılmalıdır, ümumilikdə, ifadə, söz, sərbəst toplaşmaq azadlıqlarına, siyasi partiyaların üzvlərinə, ictimai fəallara, qeyri hökumət təşkilatlarına (QHT) münasibət kökündən dəyişməlidir. Bu tipli məsələlər parlament səviyyəsində baş verməlidir, hansısa sərəncamla 20-30 nəfərin azad edilməsi ilə situasiya dəyişməyəcək”

Yerli hüquq müdafiə təşkilatları ölkədə 150-ə yaxın siyasi məhbusun olduğunu deyirlər. Amma hakimiyyət rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə, məsuliyyətə cəlb ediliblər.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az