[:az]Gənc hüquq müdafiəçiləri siyasətçilərin çıxışındakı nifrət nitqinin monitorinqini aparıblar[:]

tərəfindən Gozetci

[:az]Nifrət nitqinin daha çox milli ayrı-seçkilik zəminində baş verdiyi aşkarlanıb

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) gənc hüquq müdafiəçiləri ifadə azadlığı kontekstində siyasətçilərin çıxışlarında nifrət nitqinin monitorinqini aparıblar.

Təşkilatın yaydığı açıqlamada deyilir ki, monitorinqin yekununda hazırlanan araşdırma sənədi bir neçə bölmədən ibarətdir:

“Nifrət nitqi” anlayışı;

Avropa İnsan Hüquqları Məhkəməsi təcrübəsində nifrət nitqinin analoji izahı;

Nifrət nitqinə görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət;

Azərbaycanda media mühitinin vəziyyəti;

Aparılmış monitorinqin analizi;

Nəticə və tövsiyələr.

Araşdırma 2017-ci ilin 9 ayı (yanvar-sentyabr) ərzində iqtidar partiyası YAP(10 nəfər), müxalif siyasi qurumlardan Milli Şura (10 nəfər), Müsavat Partiyası (10 nəfər) və ReAl (10 nəfər) olmaqla, ümumilikdə 4 siyasi təşkilatın rəhbərliyində təmsil olunan 40 siyasətçinin 226 online mediada gedən yazılarını və 11915 sosial media (Facebook) paylaşımlarını əhatə edib.

Monitorinq zamanı ifadə azadlığının geniş tutulması nəzərə alınıb, nifrət nitqi kimi xarakterizə olunacaq ifadələr kontekstual olaraq nəzərdən keçirilib. İlk baxışda nifrət nitqi olaraq gözə çarpan ifadələr istifadə edildiyi dövrdə baş vermiş hadisələrlə, gündəmlə əlaqəli şəkildə təhlil edilib.

Bundan başqa, ölkədəki ictimai-siyasi vəziyyət, partiyaların kütləvi informasiya vasitələrinə çıxış imkanları, bir sıra beynəlxalq təşkilatların Azərbaycanda ifadə azadlığı ilə bağlı hesabatlarındakı problemlər kontekstində qiymətləndirmə əsas meyarlar sırasında olub.

Monitorinq zamanı bir sıra siyasətçilərin çıxışlarında rast gəlinən nifrət nitqinin daha çox milli ayrı-seçkilik zəminində baş verdiyi aşkarlanıb. Azərbaycanın ərazilərinin işğalı faktı və işğalın ictimai rəydə yaratdığı düşmən obrazının siyasi çıxışlarda qarşı tərəfi alçaltmaq məqsədi ilə istifadəsi ənənə halını alıb.

Nifrət nitqi sayılacaq ifadələr isə bu kontekstə bəlli bir qrupu zəif vəziyyətə salmaq məqsədindən daha çox, konkret hərəkətlərə yönəlik çağırışları ehtiva etməyən, hökumətin siyasətini tənqid etmək, onun yanlış siyasətinə diqqət çəkmək, eynilə iqtidar rəsmiləri tərəfindən də siyasi mübarizədə müxalifəti gözdən salmaq, onunla rəqabətdə üstünlük qazanmaq, kütlənin siyasi iradəsinə təsir etmək, öz siyasi mövqeyini gücləndirməyə hesablanmış siyasi gedişlər kimi qiymətləndirilib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az