[:az]Saray qəsəbəsinin sakinləri Sumqayıt-Saray yolunu bağlayıblar[:]

tərəfindən Gozetci

[:az]Qəsəbə sakinləri Sumqayıta gedən avtobusların azlığından narazıdır

Mayın 16-da, axşam saat 18 radələrində Abşeron rayonunun Saray qəsəbəsinin sakinləri Sumqayıt-Saray yolunu bağlayıblar. Sakinlər Sumqayıta gedən marştrutların azlığına etiraz ediblər. Aksiyaçıların Meydan TV-yə verdiyi məlumata görə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Saray və Novxanı qəsəbələrindən gedən avtobusların Sumqayıta daxil olmasını yasaqlayıb.

“Bir həftədir Sumqayıta avtobuslar işləmir. 6-7 marşrut dayandırılıb. Sumqayıta 50 qəpiyə gedirik” – deyə sakinlər bildiriblər.

Hadisə yerinə icra nümayəndəsi, polis və marşrut xəttinin sahibi gəlib. Polisin müdaxiləsi ilə Sumqayıt-Saray yolu açılıb.

“Bizə heç bir inandırıcı vəd vermədilər” – deyə sakinlər Meydan TV-yə bildiriblər.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az