[:az]Məhkəmə vəkilin şikayətini icraata götürməyib[:]

tərəfindən Gozetci

[:az]Vəkil Fəxrəddin Mehdiyev fəaliyyətinin bir il dayandırılması ilə bağlı Vəkillər Kollegiyasinın qərarını mübahisələndirmək üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət edib. Lakin aprelin 27-də hakim Möminat Hacıbəyova şikayəti icraata götürməyib. Bu barədə “Turan”-a danışan F.Mehdiyevin sözlərinə görə, hakim imtinanın səbəbini əsaslandıra bilməyib. Hakim bildirib ki, bu cür işlərə ümumi məhkəmələrdə baxılır. “Ancaq bu, belə deyil. Ali Məhkəmə plenumunun qərarları var və həmin qərarlara görə, bu tip şikayətlərə məhz İnzibati-İqtisadi məhkəmələrdə baxılmalıdır”, – vəkil qeyd edib.

F.Mehdiyev müdafiə etdiyi şəxs, Beynəlxalq Bankın keçmiş rəhbəri, 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin KİV-ə müsahibəsinə görə cəzalandırılıb.

Vəkillər Kollegiyası hesab edib ki, bununla F.Mehdiyev peşə etikasını pozub. Ancaq vəkil qeyd edib ki, onun səlahiyyəti məhz müdafiə etdiyi şəxsin hüquqlarını qorumaqdan ibarətdir və bu məsələdə etikanın pozulması absurddur.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu il yanvarın 22-də F.Mehdiyevin fəaliyyətinin bir il dayandırılması barədə qərar qəbul edib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az