[:az]Həbsdə olan jurnalist Əfqan Sadıqovun səhhəti pisləşib[:]

tərəfindən Gozetci

[:az]Azel.tv saytının təsisçisi və redaktoru, həbsdə olan Əfqan Sadıqovun səhhəti pisləşib. Bu barədə Turan-a onun həyat yoldaşı Sevinc Sadıqova bildirib. O, ötən həftə Kürdəxanı təcridxanasında Ə.Sadıqova baş çəkib.

Onun sözlərinə görə, həyat yoldaşının arterial təzyiqi 200/100-ə qalxıb, güclü baş ağrıları, ürək ağrıları var, qıcolmalar baş verir, vaxtaşırı yaddaşını itirir.

Aprelin əvvəlində Əfqanı həbsxana xəstəxanasına yerləşdiriblər. Orada 10 gün qalıb. Xəstəxanadan çıxdıqdan sonra vəziyyəti yenidən kəskin pisləşib.

Ə.Sadıqovu vaxtaşırı 17 saylı koloniyadan təcridxanaya aparmaları və geri qaytarmaları ona pis təsir edir.

2017-ci ilin noyabrında Ali Məhkəmə Ə.Sadıqovun cəza müddətini 2,5 ildən 1,5 ilədək azaldıb. Ancaq 2017-ci ilin dekabrında ona qarşı diffamasiya haqqında cinayət iddiasını bərpa ediblər. İddianı

Cəlilabad rayonunun keçmiş icra başçısı A.Əzizov qaldırıb.

“Biz Əfqanın həyatına və səhhətinə görə narahatıq. Xahiş edirik ki, onu həbsxana xəstəxanasına köçürsünlər. Mayın 23-də onun cəza müddəti bitir. İstəyirik ki, həbsdən sağ-salamat çıxsın”, – S.Sadıqova bildirib.

Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. O, İcra Hakimiyyətinin binasında bir qadını vurmaqda ittiham olunub. Hüquq-müdafiə təşkilatları onu siyasi məhbus hesab edirlər.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az