[:az]Hüseyn Abdullayevin saxlanıb Azərbaycana gətirildiyi deyilir[:]

tərəfindən Gozetci

[:az]Keçmiş deputat Hüseyn Abdullayevin xaricdə tutularaq Azərbaycana gətirildiyi bildirilir.

APA-nın məlumatına görə, H.Abdullayev «İnterpol» xətti ilə Türkiyədə saxlanıb və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verilib.

Azərbaycana gətirilən H.Abdullayevin Vergilər Nazirliyinin istintaq idarəsinə təhvil verildiyi və hazırda onun ifadəsinin alındığı bildirilir.

Xəbərdə vurğulanır ki, Daxili İşlər Nazirliyindən də H.Abdullayevin Türkiyədə tutularaq Azərbaycana gətirilməsi təsdiqlənib.

2012-ci ildə H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlandığı bildirilir. Onun barəsində dövlətlərarası axtarış elan edildiyi deyilir.

2007-ci il martın 16-da hökumətin Milli Məclisdə hesabatı zamanı deputat Hüseyn Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında fiziki qarşıdurma olub.

Həmin iclasda H.Abdullayev demişdi ki, «nə vaxta qədər bizi təhqir edəcəklər? Hətta sorğularımıza da cavab vermirlər».

Deputat həmkarı F.Ağamalı ona «otur aşağı» deyəndən sonra hər iki deputat əlbəyaxa olmuşdular. Bundan sonra H.Abdullayevin mandatı əlindən alınmış, sonra isə həbs olunmuşdu.

Lakin elə həmin il məhkəmənin qərarı ilə 2 il şərti cəza alın keçmiş deputat azadlığa çıxmışdı. O, 2010-cu il parlament seçkilərinə də qatılsa da, namizədliyi qeydə alınmayıb. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı

2013-cü ildə H.Abdullayevin «Susma» marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin artdığı bildirilirdi.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az