[:az]Hüquq müdafiəçisi və cəbhəçi DİN-ə çağrılıb[:]

tərəfindən Gozetci

[:az]Hüquq müdafiəçisi Oqtay Gülalıyev Daxili İşlər Nazikliyinə (DİN) çağrılıb.

Bu haqda onun özü məlumat yayıb.

O.Gülalıyevin bildirdiyinə görə, nazirlikdən onun İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində olmasını istəyiblər: «Hansısa cinayət işinə görə çağırdıqlarını bildirdilər. Rəsmi çağırış vərəqəsi təqdim etdilər».

O.Gülalıyev deyib ki, bu gün, aprelin 16-da, saat 16:00-da adıçəkilən idarədə olacaq. O, DİN-ə çağrılmasının əsl səbəbləri barədə məlumatsız olduğunu ifadə edib.

Bu gün, aprelin 16-da AXCP üzvü Emil Səlimov da Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə çağrıldığını açıqlayıb.

«İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən zəng vurub məni gizli saxladıqları hansısa işlə bağlı şahid qismində ifadə vermək üçün dəvət etdilər. Vəkillə idarəyə gedəcəm. Amma əminliklə bildirirəm ki, şəxsimlə bağlı hazırlanacaq olan hər hansı iş bəri başdan quramadır və siyası fəaliyyətimlə bağlıdır», – deyən E.Səlimov ona hansısa təxribat hazırlandığını düşündüyünü ifadə edib.

Məsələyə Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az