[:az]3 hicab məhbusu azadlığa çıxıb[:]

tərəfindən Gozetci

[:az]6 il əvvəl “Hicab qadağasına yox” aksiyasında həbs edilənlərdən 3 nəfər bu gün, aprelin 5-i azadlığa çıxıb. Azadlığa buraxılanlar Tərlan Ağadadasov, Rövşən Allahverdiyev və İlham Hətəmovdur. Onlar cəzalarını çəkib bitiriblər.

Bu haqda AzadlıqRadiosuna azadlığa çıxanlardan Tərlan Ağadadaşov bildirib.

T.Agadadaşovun bildirdiyinə görə, onlarla birlikdə həbs edilənlərdən bir neçə nəfər hələ də cəza çəkir.

Onlar Davud Kərimov, Telman Şirəliyev və Elşad Rzayevdir. Onların cəza müddəti 6 aydan sonra başa çatmalıdır.

2012-ci il oktyabrın 5-də orta məktəblərdə hicab məhdudiyyətinin ləğv edilməsi tələbi ilə Bakıda etiraz aksiyası keçirilmişdi. Aksiyada polislə qarşıdurma yaşanmışdı.

Həmin vaxt aksiya iştirakçılarından 30-dan çox şəxsin həbs edildiyi bildirilirdi. Onların işinə məhkəmədə bir neçə qrupda baxılmışdı. Əsasən Cinayət Məcəlləsinin 233-cü maddəsi (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunmuşdular.

2013-cü ildə məhkəmə prosesi yekunlaşmışdı. Həmin ilin aprel ayında Nərimanov Rayon Məhkəməsi Tərlan Ağadadaşov, İlham Hətəmov və Rövşən Allahverdiyevin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar vermişdi. Həbs edilənlərin bəzilərinə isə 1 və 2 il arası cəzalar kəsilmişdi.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az