[:az]Ötən gün saxlanılan hüquq müdafiəçisi Taleh Xasməmmədov bir sutkadır ki, Göyçay rayon polis şöbəsindədir. Bu barədə Turan-a onun anası Gülbuta Xasməmmədova bildirib.
Onun sözlərinə görə, Taleh dünən axşam evə telefon edərək xuliqanlıq hərəkətləri törətməsi və polisə müqavimət göstərməsi barədə deyilənləri yalan adlandırıb.
T.Xasməmmədovun vəkili yoxdur. Aprelin 20-də barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün CM-in 221-ci maddəsi (xuliqanlıq) üzrə şübhəli qismində məhkəmə qarşısına çıxacağı gözlənilir.
Göyçay polisindən şərh almaq mümkün olmayıb.
Bundan öncə XİN bildirib ki, T.Xasməmmədov yol hərəkəti qaydalarını pozub. Onun avtomobilini “cərimə meydançası”na apararkən yol polisində qalmaqal yaradıb, üç polis əməkdaşına xəsarət yetirib.
T.Xasməmmədov Siyasi Məhbusların Müdafiə Mərkəzinin üzvüdür. Bundan öncə də hüquq-müdafiə fəaliyyətilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.[:]