[:az]Gözəl Bayramlının apellyasiya şikayəti təmin edilməyib[:]

tərəfindən Gozetci

[:az]Aprelin 20-də Gəncə Apellyasiya Məhkəməsi AXCP sədrinin müavini Gözəl Bayramlının apellyasiya şikayətini təmin etməyib. Apellyasiya Məhkəməsi Qazax Rayon Məhkəməsinin G.Bayramlının barəsində 3 il həbs hökmünü qüvvədə saxlayıb.

AXCP sədrinin müavini G.Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Qazax Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pulun tapıldığı iddia olunur. G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.

Bu gün Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə hakim bildirib ki, Gürcüstan-Azərbaycan sərhəddində gömrük-buraxılış məntəqəsindəki kameraların görüntülərini almaq üçün Dövlət Sərhəd Xidmətinə və Dövlət Gömrük Komitəsinə sorğu göndərilib. Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsinin rəisi Mübariz Məmmədovun cavab məktubunda yazılıb ki, həmin görüntülər üçün Gömrük Komitəsinə müraciət olunmalıdır. Gömrük Komitəsindən isə bildirilib ki, görüntülər bir ay ərzində saxlanılır. Bu hadisədən isə bir ilə yaxın vaxt keçir.

Vəkil Elçin Sadıqov deyib ki, eyni cavab istintaq zamanı da alınıb.

“Biz istintaq zamanı İnternetdən əldə etdiyimiz bir sənədi təqdim etmişik. Həmin sənəddə göstərilir ki, Dövlət Sərhəd Xidmətinin 2012-ci ildə aldığı avadanlıqlar görüntüləri uzun müddət yaddaşında saxlamaq qabiliyyətindədir. Belə çıxır ki, Avropa İttifaqının qrantı ilə alınmalı olan avadanlıq alınmayıb, mənimsənilib?” – vəkil sual edib.

Dövlət ittihamçısı hökmün qüvvədə saxlanmasını istəyib.

G.Bayramlı həbsinin siyasi sifariş olduğunu deyib.

“Ədalətli qərar gözləmirəm. Nə sifariş verilibsə, o da olacaq. İstəyirsiniz, ittihamın ən ağır sanksiyasını verin”, – o qeyd edib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az