[:az]Fərman Ceyranlı: Nə maddə var, nə də cinayət[:]

tərəfindən Gozetci

[:az]Gürcüstanda həbsdə olan cərrah, «Lancet» klinikasının həmtəsisçisi Fərman Ceyranlı yenidən müraciət yayıb.

O, müraciətində vurğulayıb ki, hələ həbsindən 6 ay əvvəl ona qarşı Gürcüstan və Azərbaycanda kompaniya başlayıb. Fərman Ceyranlının deməsinə görə, sifariş Bakıdan gəlib:

“İki nəfər ölən xəstənin qohumlarını bu prosesə cəlb etmişdilər. Xəstələrin diaqnozu qaraciyər serrozu və 4-cü dərəcəli xərçəng idi. Durumları çox ağır, kritik idi. Ölümlərindən 7 ay keçdikdən sonra qohumları şikayətə təhrik edilmişdilər. Özü də eyni vaxtda. Baxmayaraq ki, biri Kutaisidən idi, biri də Tbilisidən. Eyni rayon prokurorluğuna şikayət etmişdilər. Meyitin yarılmasına isə razılıq verməmişdilər. Bütün bunlar mənə qarşı hazırlanan planlı aksiyadan xəbər verirdi”

Fərman Ceyranlı iddia edir ki, bütun bu proseslərin ssenarisi Bakıda hazırlanıb.Onun deməsinə görə, prosesdə hər iki ölkənin hüquq mühafizə orqanları iştirak edib.

Fərman Ceyranlı müraciətində vurğulayıb ki, prokurorluğun yaratdığı ekspert qrupunun və səhiyyə komisiyasının yoxlamalarına əsasən heç bir nöqsan aşkar edilməyib:

“Eyni zamanda maliyyə məsələlərində də pozuntu yox idi. Mənə verilən ittihamda vəzifəm bilərəkdən yanlış, klinikanın drektoru göstərilmişəm. Halbuki, director başqa adamdır, baş həkim də başqa adamdır. Mən iki təsisçidən biriyəm. İşdə qrup halında dələduzluqdan söhbət gedir.Nə qrup var, nə üzvləri. Axı heç olmasa məndən başqa biriləri olmalıdır ki, qrup olsun.Oarada yazılıb ki, cərrahın lisenziyası yoxdur.Bu da yalandır. Var sürəti də onlardadır. Bəs niyə belə edirdilər? Məni həbs etmək üçün. Beləliklə nə maddə var, nə də cinayət. Arxamda dövlətim dayanmalıdır. O isə məni sifariş verib”

Fərman Ceyranlının yaxın günlərdə yenidən məhkəməsi keçiriləcək. Gürcüstan Apellyasiya Məhkəməsi onun vəkillərinin aşağı məhkəmənin hökmündən verdiyi şikayətə baxacaq.

Vəkilləri F.Ceyranlı barəsində hökmü qanunsuz və əsassız hesab edirlər. Yuxarı məhkəmədən Tbilisi Şəhər Məhkəməsinin 6 il azadlıqdan məhrum etdiyi cərrah barəsində bəraət hökmünün çıxarılması istənilib. Gürcüstan Apellyasiya Məhkəməsi şikayətə aprelin 19-da baxmalıdır.

F.Ceyranlının sifarişlə həbs edilməsi ilə bağlı bundan öncə də açıqlamalar olub. Ancaq Azərbaycan rəsmiləri bu fikirləri qəbul etməyiblər

Məhz bu müraciətə isə, hələlik, nə Azərbaycanın Prezident Administrasiyasından, nə də Gürcüstanın hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olub.

Fərman Ceyranlı bundan əvvəlki müraciətlərinin birində isə iddia edirdi ki, Azərbaycanın müxalif qüvvələri ilə münasibətlərinin olduğuna və onlara əlindən gələn köməyi etdiyinə görə, hakimiyyətinin sifarişi ilə həbs edilib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az