[:az]Nardaran işi: İstəyirsiz, mənə ‘poykovoy’ vəkil verin…[:]

tərəfindən Gozetci

[:az]İki təqsirləndirilən şəxsə vəkil təyin edilməsi ilə bağlı qərar verilib

Nardaran hadisələri ilə bağlı həbs olunan şəxslərdən ilahiyyatçılar Elman Ağayev, Zülfüqar Mikayılov və daha on nəfərin 12 il 3 aydan 17 ilə qədər azadlıqdan məhrum edilməsinə dair hökmdən verilən şikayətə baxılır.

Martın 29-da Bakı Apelyasiya Məhkəməsində bu iş üzrə proses davam etdirilib.

Məhkəmə prosesinə sədrlik edən hakim Sahibxan Mirzəyev elan edib ki, bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılanda təqsirləndirilən şəxslər Mübariz İbrahimov və Cabir Əliyevin vəkili Bəhruz Bayramov olub. Onların haqqında hökmdən şikayəti də bu vəkil hazırlayıb. Lakin Apelyasiya Məhkəməsində də işə çıxmaq üçün onlarla müqavilə bağlanmayıb. Ona görə də vəkil prosesdə iştirak etmir.

Təqsirləndirilən Mübariz İbrahimov bildirib ki, onsuz da vəkillərin gördüyü işlərə məhkəmə əhəmiyyət vermir. Bu səbəbdən də ailə üzvləri yenidən vəkillə müqavilə bağlamayacaqlar:

“Vəkillər o biri məhkəmədə də on ay gəlib-getdilər, neyləyə bildilər? Çünki bu işdə hər şey saxtadır. Bu, “iki vur iki” kimi bir şeydi. Siz də yaxşı bilirsiz. Siz də elə eləyəcəksiz”.

M.İbrahimov deyib ki, əgər vəkilsiz keçinmək mümkünsüz deyilsə, o zaman formallıq xatirinə ona dövlət hesabına vəkil versinlər: “İstəyirsizsə, deyin, “poykovoy” vəkillərdən birini göndərsinlər bura”.

İlahiyyatçı Zülfüqar Mikayılov əlavə edib ki, M.İbrahimovun vəkillər haqqında dedikləri yanlış anlaşılmasın:

“Biz vəkillərimizin bizim üçün gördüyü işi qiymətləndiririk”.

Hakim bildirib ki, vəkilin iştirakı vacibdir. İki təqsirləndirilən şəxsin vəkillə təmin olunması barədə qərar çıxarılıb.

Onlara təyin ediləcək vəkilin də iştirakı üçün proses aprelin 4-nə qədər təxirə salınıb.

Təqsirləndirilən şəxslər CM-nin 29.214 (terrorçuluğa cəhd), 228 (qanunsuz silah saxlama), 29.278 (hakimiyyəti zorla ələ keçirməyə və ya onun Konstitusiya quruluğunu dəyişməyə cəhd) və s. maddələrlə ittiham olunurlar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zülfüqar Mikayılov 17 il, Ruzi İsmayılov 15 il, Cabir Əliyev 14 il, Elman Ağayev, Mehman Quliyev, Faiq Allahverdiyev, Ramil Seyfullayev və Mübariz İbrahimov 13 il, Mehman Məmmədov, Eldar Bünyadov, Əli Hüseynov və Elxan Həsənov isə 12 il 3 ay azadlıqdan məhrum edilib (https://d9mc3ts4czbpr.cloudfront.net/az/site/news/26420/).

Bu şəxslərin hamısı ittihamların qondarma olduğunu, günahsız həbs edildiklərini bildirirlər. Onların sözlərinə görə, evlərindən silah çıxması barədə yazılanlar yalandır. Həmin silahları evlərinə onları çıxaran polislər özləri atıblar. Təqsirləndirilən şəxslər bildirir ki, bu ittihamlarla bağlı etirafedici ifadələri imzalamaları üçün polislər onlara işgəncə veriblər.

Nardaran hadisələrindən sonra ümumilikdə 100-ə qədər adam həbs olunub. Onların arasında ilahiyyatçı Taleh Bağırzadə də var[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az