[:az]Gənc fəalın cərimə edildiyi bildirilir[:]

tərəfindən Gozetci

[:az]«Gələcək Azərbaycan Partiyasının (GAP) fəallarından Zaman Mirzəməmmədov martın 28-də polisə aparılıb və gün ərzində onunla əlaqə saxlamaq mümkün olmayıb».

Bunu AzadlıqRadiosuna partiyanın sədri Ağasif Şakiroğlu bildirib. Onun deməsinə görə, yalnız gecə saatlarında partiya fəalının taleyinə aydınlıq gəlib:

«Məlum olub ki, Z.Mirzəməmmədov martın 28-də əvvəlcə Nərimanov Rayon Polis İdarəsinin 17 saylı Polis Bölməsinə aparılıb. Daha sonra Nərimanov Rayon Məhkəməsinə aparılaraq məhkəmə qərarı ilə 100 manat cərimə edilib, sonra isə yenidən bölməyə gətirilib. Yalnız gecə saat 1 radələrində sərbəst buraxılıb».

A.Şakiroğlu vurğulayıb ki, siyasi fəal ictimai təhlükəsizliyi pozmaqda günahlandırılıb. Amma onun ehtimalına görə, bu partiyanın bir qrup gəncinin martın 10-da Fəvvarələr meydanında azad seçki tələbi ilə icazəsiz aksiya keçirmələri ilə bağlıdır: «Həmin vaxt aksiyada iştirakçı olan gənclərdən bəziləri saxlanaraq Səbail Rayon Polis İdarəsinin 9 saylı Polis Bölməsinə aparılmışdılar. Həmin vaxt polisdə onların barmaq izləri götürülüb, ailə üzvləri, yaxın qohumları barədə məlumatlar toplanıb. Amma heç kəs saxlanmadı. Sonradan isə fəallar yaşadıqları ərazi üzrə polis bölmələrinə çağrılıblar, aksiyaya çıxmaları və sair barədə sorğu-sual ediliblər…».

Bu açıqlamaya hələlik Nərimanov Rayon Məhkəməsindən və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Gələcək Azərbaycan Partiyası özünü 2013-ci ilin dekabrında elan edib. 2014-cü ilin fevralında birinci təsis qurultayını keçirib. Parlamentin keçmiş spikeri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev partiyanın fəxri üzvüdür.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az